Susayanda su deyil, sən demə bu içkini içməliymişik
Alimlər sübut ediblər ki, süd bədənin su ehtiyacını adi sudan daha uzun müddət və daha effektiv şəkildə təmin edir.
Milli.Az xəbər verir ki, adi su bədənə daxil olduqdan sonra sürətlə mədədən keçir və qan dövranına qarışır, bu isə sürətli sidik ifrazı ilə nəticələnir. Lakin südün tərkibindəki maddələr bu prosesi dəyişir.
Südün tərkibindəki şəkər (laktoza), zülal və yağ mədənin boşalma sürətini ləngidir. Beləliklə, maye bədəndə daha uzun müddət qalır.
Süd natrium və kaliumla zəngindir. Natrium bədəndə suyun tutulmasını təmin edən bir süngər kimi fəaliyyət göstərir və sidik istehsalını azaldır.
Alimlər müxtəlif içkiləri sınaqdan keçirərək bədəndə ən uzun müddət qalan mayelərin siyahısını hazırlayıblar:
Apteklərdə satılan rehidratasiya məhlulları (məsələn, uşaqlar üçün elektrolit içkiləri).
Yağsız və tam yağlı süd.
Portağal şirəsi.
Adi su (qazlı və qazsız).
Meyvə şirələri və ya şirin qazlı içkilər mədədə sudan daha çox qalsa da, onlar bədəni nəmləndirmək əvəzinə əks təsir göstərə bilər. Yüksək şəkər konsentrasiyası bağırsağa çatdıqda, orqanizm şəkəri durulaşdırmaq üçün hüceyrələrdəki suyu bağırsağa "çəkir" (osmos prosesi). Bu isə bədənin su itirməsinə səbəb olur.
Xalq arasında qəhvənin bədəni susuzlaşdırdığı deyilsə də, araşdırma göstərib ki, bir fincan qəhvə təxminən su qədər hidratasiya təmin edir. Qəhvənin tərkibindəki kofein yalnız yüksək dozada (məsələn, ard-arda 4 fincan) içildikdə sidikqovucu təsir göstərərək su itkisinə səbəb olur.
Lalə Qüdrətova
Milli.Az









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri