Susuzluğu yatıran qidalar

Susuzluğu yatıran qidalarİsti havada ən vacib şey orqanizmin susuzlaşmasının qarşısını almaqdır, eyni zamanda hamı sərinləmək istəyir. Bunun üçün bəzi qidalar və içkilər var.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xiyar - 90% su tərkibli tərəvəz kalsium, mineral duzlar və "C" vitamini ilə zəngindir. Xiyarı həm tək yemək, həm də salata əlavə kimi istifadə etmək olar. Xiyarı duzsuz yemək daha yaxşıdır, çünki duz orqanizmdə mayeni saxlayır ki, bu da bədənin şişməsinə səbəb olur.
Moruq - böyük miqdarda faydalı turşular, vitaminlər, duz və efir yağları olan nadir giləmeyvələrdən biridir. Təzə moruq təkcə aclığı yatırmır, həm də bədən temperaturunu aşağı salır. Bundan əlavə, bu kiçik giləmeyvə əhval-ruhiyyəni yaxşılaşdırır.
Yemiş - 95% su tərkibli şirəli və şirin bostan bitkisidir. O, qan yaranması prosesində iştirak edən böyük miqdarda fol turşusu tərkibinə görə orqanizmdə mühüm rol oynayır.
Qarpız - həm aclığı, həm də susuzluğu yatıran ən şirəli yay giləmeyvəsidir və 90% sudan ibarətdir. Qarpız lif, vitamin qrupları və ən əsası antioksidantların mənbəyidir.
Nanə - çox su tərkibi olmasa da, orqanizmin sərinləmə hissini yaxşı təmin edən bitkidir. Təbii mentol sayəsində bu bitki bizi sərinlədir. Bu, sanki beynimizin, təxəyyülümüzün oyunudur. Həmçinin nanə soyudulmuş suya əlavə edildikdə susuzluğu yatırmağa kömək edir.
Balqabaq - orqanizm tərəfindən asanlıqla həzm olunan tərəvəzdir. Onlar çoxlu miqdarda vitaminlər və lif tərkib edir ki, bu da susuzluğu və aclığı yatırmağa kömək edir. Balqabağın hazırlanma üsulları müxtəlif ola bilər, lakin onlar eyni dərəcədə kömək edir.
Təzə göyərti - şüyüd, cəfəri, yaşıl soğan, ispanaq, salat yarpaqları. Bu, yayda vitaminlərin xəzinəsidir. Əsas üstünlüyü - ləkdən qoparıb dərhal süfrəyə vermək mümkündür. Onlardan müxtəlif yeməklərin hazırlanmasında istifadə etmək olar.
Milli.Az

Xəbərlər     Baxılıb: 1199   Tarix: 12 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemi

.

Zehni rahatlıq üçün bu qaydalara əməl edin

Sosial şəbəkələrin yaratdığı təzyiq, gərgin iş qrafiki və gündəlik həyatın artan məsuliyyətləri bir çox insanın özünü zehni cəhətdən tükənmiş hiss etməsinə səbəb olur. Mütəxəssislər hesab edirlər ki, daimi onlayn olmaq v

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

.

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır

Uzun müddət oturmaq bir çox insanı piylənmə riski altına qoyur və xərçəng və ürək xəstəlikləri riskini artırır. xəbər verir ki, lakin Çinli tədqiqatçılar tərəfindən aparılan yeni 10 illik bir araşdırma göstərir ki, hətt

.

Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar

Pilates müasir dövrdə arıqlamaq və formada qalmaq üçün ən çox üstünlük verilən idman növlərindən biridir. İdman zallarına getmədən, ev şəraitində rahatlıqla edilə bilən bu məşqlər xüsusilə qarın, kürək və omba əzələlərin

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

Neçə dəqiqəyə günəş yanığı yaranır?

Araşdırmalara əsasən, dəri günəşin təsirindən cəmi 15 dəqiqə sonra zədələnməyə başlaya bilər. . -a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, açıq rəngli dəriyə sahib insanlar tünd dərili şəxslərlə müqayisəd

.

Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi

Yapon alimlərinin hazırladığı və itirilmiş dişlərin yenidən çıxmasını hədəfləyən eksperimental dərman insanlar üzərində test edilir. Siçanlar üzərindəki sınaqlarda uğurlu nəticələr verən bu müalicə metodu klinik mərhələlər

turlar.az

reseptler geyim seçimi qadın geyimi bayatılar vətən haqqında dekorasiya badimcan tursusu hazirlanmasi yay paltarlari 2026 kosmetika oğlaq qogal turpun nağlı 8 mart qaynana hakista