Suyu ac qarına içməyin faydaları

Suyu ac qarına içməyin faydalarıSu insan həyatında çox vacibdir. Su günün istənilən vaxtında içilməlidir. Bununla belə, acqarına istehlak edildikdə sağlamlıq üçün bir çox faydası var.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səhər oyandıqdan sonra bir stəkan su içmək arıqlamağın ən yaxşı yoludur.
Belə ki, metabolizmin sürətini 24% artırır. Bundan əlavə, bədənin qida maddələrini mənimsəməsini asanlaşdırır. Səhər su içmək insanı təbii enerji ilə təmin edir.
Aç qarına su içmək böyrək daşının əmələ gəlməsinə səbəb olan turşuları aradan qaldırır. Su həmçinin toksinlərin səbəb olduğu müxtəlif sidik kisəsi infeksiyalarının qarşısını alır.
Səhər su içdiyiniz zaman bütün toksinlər atılır və həzm sisteminiz yaxşılaşır. Bunun sayəsində daha az aclıq hiss edirsiniz. Həddindən artıq yemək istəyi azalır və arıqlamaq prosesi asanlaşır.
Səhərlər içilən su həyati orqanlarımızın su ehtiyacını ödəyir və onların sağlam şəkildə işləməsinə kömək edir.
Səhər yeməyindən əvvəl su içmək bağırsaq hərəkətlərimizi stimullaşdıraraq qəbizliyin qarşısını alır.
Su bədəndən toksinləri çıxarmaqla yanaşı, kalori və yağların yandırılmasına da kömək edir.  Su içmək immunitet sistemi üçün son dərəcə vacibdir. İmmunitet sisteminin güclü olması xəstəliklərdən qorunmaq deməkdir. 
Səhərlər su içmək infeksiyalardan qoruyur, beləcə bağırsaq traktının və limfa düyünlərinin sağlamlığını təmin edir və kortizol səviyyələrini idarə etməyə kömək etməklə sağlamlığa töhfə verir.
Su saç telinin çəkisinin təxminən dörddə birini təşkil edir. Bol su içmək saçları daxildən qidalandırır. Yetərsiz su qəbulu nazik və kövrək saç tellərinə səbəb ola bilər. Sağlam və parlaq saçlar üçün hər səhər acqarına və gün ərzində bol su içməlisiniz.
Araşdırmalar göstərir ki, acqarına su içmək qan axını artırır və dərini daha parlaq edir. Ac qarına və gün ərzində davamlı su içmək, bədənin toksinləri buraxması deməkdir ki, bu da dərinin parlaq görünməsinə kömək edir. Bundan əlavə, dərinin elastikliyini artırır və qırışların qarşısını alır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1288   Tarix: 31 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geyim və ayaqqabılar geymler 2026 qadin sayti bilik haqqinda atalar sozleri zirincin faydasi kısa saç hörükləri zeytun mürəbbəsi kosmetika kley lekesi vətənə aid bayatılar xerceng yutube uşaq nece olur