Tahir İmanovdan Bakı meri ilə bağlı SENSASSİON AÇIQLAMA: "Məni öz kabinetinə dəvət edib... "

Tahir İmanovdan Bakı meri ilə bağlı SENSASSİON AÇIQLAMA: "Məni öz kabinetinə dəvət edib... ""Nə qadağaları varsa, bizə tətbiq etsinlər".

Xanim.az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında "Planet Parni iz Baku" teatrının bədii rəhbəri Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fəaliyyətinə həsr olunan tənqidi kliplə bağlı danışarkən söyləyib. O, şou-biznes nümayəndələrinin ifası ilə icra başçısının fəaliyyətinin tənqid edilməsində satira və yumorun olduğunu bildirib:

"Bu bizim keçən ilki konsertimizin kiçik bir parçasıdır. İndi yayımlayırlar. Burada məqsəd bizi siyasi oyunların və hansısa konfiliktlərin mərkəzinə çəkməkdir. Siz bilirsiz ki, Hacıbala Abutalıbovu ilk parodiya edən biz olmuşuq. O dövrdən bu günə kimi burada yumor və satiradan başqa heç nə olmayıb. Mən bütün saytlardan xahiş edirəm ki, ara qızışdırmasınlar".

T.İmanov illərdir məmurların fəaliyyətini tənqid etdiklərini və buna görə telekanallara buraxılmadıqlarını deyib:

"Biz illərdir ki, məmurları və onların fəaliyyətlərini tənqid etmişik. Buna görə, bu gün bizə telekanallar qadağalar qoyublar. Buna görə teatrımız ac saxlanılır. Halal xoşları, yenə də buna bir söz deməyəcəyik. Bizim sənətimizə qiymət versinlər, başqaları ilə işimiz yoxdur".

Aktyor Hacıbala Abutalıbovun onunla görüşdüyünü və ilk parodiyasından sonra ona təşəkkür etdiyini də əlavə edib:

"Ümummilli Lider Heydər Əliyev və İlham Əliyev bizim konsertlərimizə gələndə təkcə Hacıbala Abutalıbov deyil, bütün məmurların hamısı bizimlə çox xoş münasibətdə idilər. Hətta ilk parodiyadan sonra Hacıbala Abutalıbov məni öz kabinetinə dəvət edərək təşəkkürünü bildirmişdi. Bunların hamısını ona görə deyirəm ki, o zamankı dövrlə indini müqayisə edəsiniz. Həmin tənqid, həmin satira, həmin yumordu. Amma indi bizim teatrı sıradan çıxartmağa çalışırlar. Səbəb isə tənqidlərimizdir. Bizə telekanallar deyirlər ki, siz də müasir dövrlə ayaqlaşın, sizə efir vaxtı verək. Niyə? Biz zirvələri fəth etmişik. O zirvələri ona görə fəth etmişik ki, bu gün onların dediyini edək? Buna biz imkan verə bilmərik. Öz fəaliyyətimiz ilk gündə olduğu kimi davam edəcək. Bizim adımız tək Azərbaycan tarixinə deyil, beynəlxalq KVN tarixinə yazılıb".

T.İmanov məlum klipdən sonra orada iştirak edən müğənnilərin icra hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək konsert proqramlarına qadağalar qoyulacağını deyib:

"Yəqin ki, həmin müğənnilərə icra hakimiyyətinin tədbirlərində qadağalar qoyulacaq. Mən bunu bilirəm. Bunu etməsinlər. Bilirsiz ki, bu artıq bizim ölkədə məşhur taktikadır. Bir şey olmamış qadağalar tətbiq edilir. Bir daha deyirəm ki, bu layihə mənim təşəbbüsüm ilə həyata keçirilib. Nə qadağaları varsa, bizə tətbiq etsinlər. Burada qeyri-adi bir şey yoxdur. Biz demokratik bir ölkədə yaşayırıq və tənqidlərin də olması bu səbəbdən normaldır".

Xəbərlər     Baxılıb: 2961   Tarix: 06 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

qadın geyimi yemek reseptleri geyim şəkilləri nişanlılıq qan qruplari kariyera və iş həyatı keks reseptləri kosmetika haxisda burclər oglan evi bürcler qiz burcu