Tanınmaz hala düşən 72 yaşlı xalq artistimiz qalmaqallı fotosundan danışdı
Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova ATV kanalında yayımlanan "Bizimləsən" proqramına telefonla bağlanaraq müzakirələrə səbəb olan fotosundan danışıb.
Məşhur aktrisa açıqlama verərək fotosunun düzgün çəkilmədiyini deyib:
"Onlar şəklimi çəkmək istəyəndə təhrifə yol veriblər. Dünən başqa foto da çəkilmişdi. İndi mənim telefonumdadır. O fotonu göndərə bilərəm. Sadəcə olaraq, bunu edənlər məxsusi olaraq işığı düz tutmurlar, təsadüfən çəkirlər.
Biri əlini kürəyinə qoyub şəkil çəkdi. Elə foto necə alınmalıdır? Mən də qalmaqal yaratmaq istəmirəm. Onlara nə deməliyəm? Bu, birinci hərəkət deyil. Məni təkləyiblər. Görünür, aidiyyəti orqanlara müraciət etməliyəm".
Daha sonra aktrisa Zaurun "Yenidən plastik əməliyyat olunmusunuz" sualına "Yox, mənim başım başqa məsələlərə qarışıqdır", - deyə cavab verib.
mənbə: oxu.az
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin