Tanınmış azərbaycanlı aşıq dəfn olundu - YENİLƏNİB - ÜRƏKDAĞLAYAN FOTOLAR
Azərbaycanın tanınmış aşığı Vüqar Mahmudoğlu dəfn edilib.
Xanim.az report.az-a istinadən bildirir ki, V.Mahmudoğlu Qobustan rayonunun Şıxzaharılı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, bir neçə gün öncə infarkt keçirən V.Mahmudoğlu Mərkəzi Gömrük Hospitalında ürəyindən əməliyyat olunmuşdu.
Xatırladaq ki, o, 3 noyabr 1970-ci ildə böyük Azərbaycan aşığı Mahmud Ələsgəroğlunun ailəsində doğulub.
Allah rəhmət eləsin!
------------
09:46
Aşıq sənətinin tanınmış nümayəndələrindən olan aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişib.
Xanim.az bildirir ki, bu barədə "ölkə.az"a aşığın yaxınları məlumat verib.
Bütün səylərə baxmayaraq, 2 gündür reanimasiyada saxlanılan aşığın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.
Xatırladaq ki, aşıq Vüqar Mahmudoğlu ifarkt keçirib.
Allah rəhmət eləsin!















Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin