Tanınmış professor qripdən qorunmağın üsullarını AÇDI: Bol maye və...

Tanınmış professor qripdən qorunmağın üsullarını AÇDI: Bol maye və...Çox vaxt 1-2 həftə içində yataq şəraitində və bol maye qəbul edərək qripdən qurtulmaq mümkün olur. Ancaq uşaqlar, yaşlılar və immuniteti zəif olanlar bu virusa tez yoluxduğundan zəruri tədbirlər görmək vacibdir.
Milli.Az türkiyəli professor Erol Selimoğlunun qrip və ona qarşı görüləcək tədbirlərlə bağlı paylaşdığı məlumatı təqdim edir.
Erkən dövrdə qrip və soyuqdəyməni ayırd etmək çətin ola bilər. Adətən virusa məruz qaldıqdan 2 gün sonra yüksək hərarət, öskürək, əzələ, baş və boğaz ağrısı, gözlərdə yanma kimi simptomlar özünü büruzə verir. Uşaqlarda bu simptomlar qusma, ishal, qarın ağrısı ilə müşayiət edilə bilər. Belə halda həkimə dərhal müraciət etmək lazımdır.
Qrip virusu öskürək və asqırıqla, yaxud da yoluxmuş səthlərlə təmasda olur. Yarım milyona yaxın virus hissəciyi tək asqırıqla yayıla bilər.
Qrip infeksiyasından qorunmaq üçün:
1 - Qripə qarşı peyvənd 6 aylıq körpələrdən yaşlı insanlara kimi tövsiyə olunur.
2 - Əlləri tez-tez maye sabun və ya spirt əsaslı məhlullarla yumaq qripin qarşısını alan ən vacib tədbirlərdən biridir.
3 - Tibbi maskalar riskli bölgələrdə istifadə edilə bilər.
4 - Xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır.
5 - Məcbur olmadıqda əl sıxmayın.
6 - İmmunitet sistemini gücləndirmək üçün sağlam qidalanma və antioksidantlarla zəngin qidaların istehlakına diqqət yetirilməlidir.
7 - Məktəblər, ictimai nəqliyyat, kinoteatr, teatr və məscid kimi izdihamlı yerlərdə daha diqqətli olmaq lazımdır.
8 - Xəstəliyin yayılmasının qarşısını almaq üçün öskürərkən və ya asqırarkən ağız və burunu bağlamaq kimi sadə fərdi vərdişlər sayəsində yoluxmanın qarşısını almaq olar.
9 - Siqaret ciddi xəstəliklər yaratmaqla yanaşı qriplə təmas riskini artırır.
10 - Həkimlə məsləhətləşmədən dərman qəbul etməyin.
Qripin müalicəsində ilk növbədə istirahət və bol maye qəbulu gəlir. Alkoqol və siqaretdən çəkinmək lazımdır. Xəstəliyin səbəb olduğu narahatlıqları azaltmaq üçün əzələ ağrısı və hərarəti azaldan dərmanlar istifadə edilə bilər. Uşaqlarda və gənclərdə xüsusən də febril qıcolma olduqda aspirin istifadə edilməməlidir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1766   Tarix: 07 fevral 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yay kolleksiyasi gozel gorunmek aksessuarlar uşaq yeməkləri kesmikli koke aciq zedelenmeler yaralar murebbeler kosmetika yemekler xanım az veten haqqinda bayati maska kəlamlar