Tanınmış stilisti öldürənə 17 il iş verildi

Tanınmış stilisti öldürənə 17 il iş verildi2022-ci il martın 13-də Bakının Xətai rayonunda qətl hadisəsi olub. Məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər.
Məlum olur ki, hadisə M.Əmirxanov küçəsi, 15 ünvanında baş verib. Döşəmədə üzərində çoxsaylı bıçaq zərbələri ilə 1988-ci il təvəllüdlü Orxan Seyidovun meyiti aşkar edilib. 
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Həmin gün Füzuli rayon sakini 1999-cu il təvəllüdlü Pərviz Həsənov Xətai Rayon Polis İdarəsinə gələrək, könüllü təslim olub.
Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib. Bəzi xəbər portallarında bir zaman onun tanınmış müğənni Röya Ayxanın stilisti olması haqda xəbərlər yayılıb.
azxeber.com xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, martın 10-da Pərviz Həsənov "İnstagram" sosial şəbəkəsində, profilində qadın bədəninin şəkli olan və özünü "Mila" kimi təqdim edən cinsi azlıq nümayəndəsi Orxan Seyidovla tanış olub. Seyidov ona NZS qəsəbəsində yerləşən evində görüşməyi təklif edib. Ayın 12-i saat 22 radələrində Əmirxanov küçəsi, 15 ünvanına gəldikdə, Pərviz Həsənov O.Seyidov tərəfindən aldadıldığını başa düşüb. Buna görə, üzərindəki məişət təyinatlı açılıb-qatlanan bıçaqla Seyidova ilk zərbəni vurub. Zərərçəkən özünü müdafiə etmək məqsədi ilə mətbəxdən götürdüyü bıçaqla onun sol qoluna xəsarətlər yetirdikdə, o müstəsna dərəcədə rəhimsizliklə üzünə, boynuna və bədənin digər nahiyələrinə, ümumilikdə 57 dəfə zərbə endirib. Bu hərəkəti ilə Pərviz Həsənov zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.
İş üzrə dindirilmiş Pərviz Həsənov bildirib ki, hərbi xidmətdən qayıdandan sonra sərbəst güləşlə məşğul olub. Axırıncı dəfə Azadlıq prospektində yerləşən gül dükanında gecə növbəsində mühafizəçi işləyib:
"2022-ci il martın 10-da "İnstagram" şəbəkəsində mənə qız adı və şəkli olan profildən tanışlıq mesajı gəldi. Qız adının "Mila" olduğunu yazmışdı. 2 gündən sonra Mila NZS qəsəbəsində evi olmasını və mənimlə görüşmək istədiyini bildirdi. Profildə olan şəkli xoşuma gəldiyindən yanına getmək istədim. Saat 22 radələrində "İnstagram"da yazışa-yazışa onun dediyi ünvanı tapdım. Həyətə daxil olanda qız məni qarşılayıb darvazanı arxadan bağladı. Onun saçı uzun idi, həmin şəxsin kişi ola biləcəyini zənn etmirdim. Əynində qara rəngdə gödəkçə olduğundan sinəsinin olub-olmamasım ayırd edə bilmədim. Mətbəxdən dəhlizə, ordan isə qonaq otağına keçdik. Söhbət edən zaman həmin şəxs "Marlboro" siqareti çəkirdi. Ondan "sən kişisən, ya qadın?" soruşdum. Cavab olaraq o, "narahat olma, sənə pul da verəcəyəm, mənimlə cinsi əlaqədə olarsan" dedi. Onun kişi olduğunu və aldadıldığımı başa düşərək əsəbiləşdim. Yaxınlaşıb qucaqlamaq istəyəndə, ondan kənarlaşıb dəhlizə çıxdım. Amma həmin şəxs arxamca gələrək məni özünə tərəf dartdı. İsrarla onunla cinsi əlaqədə olmağımı, buna ehtiyacı olduğunu və müqabilində mənə pul verəcəyini deyirdi. Əlbəyaxa olduq".
Pərviz Həsənov Orxan Seyidovun dediyi sözləri, onu qucaqlamaq istəməsini qeyrətinə sıxışdıra bilmədiyindən, şalvarının arxa cibindən daim üzərində olan "kəpənək" formalı bıçağı çıxarıb boyun nahiyəsinə birinci zərbəni vurub:
"Həmin şəxs qaçıb mətbəxdən dəstəyi mavi rəngli bıçağı götürüb, mənə zərbə endirəndə sol əlimi qabağa verdim. Məni bıçaqla vurmasından qəzəblənərək, ardıcıl üzünə, boğazına, sinəsinə və qarnına çoxsaylı zərbələr vurdum. Bıçaq sınaraq, əlimdən yerə düşdü. Orxan mətbəxin girişində, üzüüstə yıxıldı, döşəmədə hərəkətsiz vəziyyətdə qaldı. Evin giriş qapısını açıb çölə çıxa bilmədiyimdən, mərhumun əlindəki bıçaqla qapını açmağa çalışdım. Amma aça bilmədim. Pilləkənlərin yanındakı dar keçiddən hasara çıxıb qaz borusunun üstünə tullandım. Həmin vaxt qarşıma çıxan saqqallı bir oğlan orda nə etdiyimi soruşdu. Cavab verməyərək, pivə zavodunun yanına qədər qaçdım.
Taksi ilə Mehdiabad qəsəbəsinə getdim. Sürücü paltarlarımın qana bulaşdığını deyəndə, ona dalaşdığımı dedim. Maşından düşəndə 100 manat verdim, amma əskinaz qanlı olduğundan, sürücü götürmək istəmədi. Mübahisə etməyə halım olmadığından pulu oturacağın üzərinə qoyub aralandım. Evdə atam nə baş verdiyini soruşanda, ona da dalaşdığımı söylədim. Sol qolumda olan qol saatının düşüb mərhumun evində qaldığını gördüm. Tutulmaq istəmədiyimdən, izi itirməkdən ötrü mobil telefonumu tam format edib bütün kontaktları, sosial şəbəkələri və mesajları sildim. Həmçinin, öldürdüyüm şəxsin istifadəsində olmuş "İphone 13" markalı telefonunda, aramızda olan mesajları silmək istədim ki, məni polislər tapa bilməsin. Lakin telefon kodda olduğundan onu hadisə yerində aça bilmədim. Bunu sonra etmək məqsədi ilə telefonu özümlə götürdüm. Amma taksidən düşüb evə gələrkən yolun kənarında daşla vurub telefonu sındırdım və quyuya atdım. Növbəti gün atam israrla nə baş verdiyini soruşanda, hər şeyi olduğu kimi danışdım. Sonra atamla birlikdə könüllü Xətai Rayon Polis İdarəsinə getdik".
Pərviz Həsənov əlavə edib ki, Orxan Seyidovu əvvəllər tanımayıb, törətdiyi əməldən peşmandır.
Zərərçəkmiş şəxsin hüquqi varisi Kamila Salmanova ifadəsində göstərib ki, Orxan Seyidov onun ögey qardaşı olub:
"Orxan geyim mağazasında satış meneceri işləyirdi. Martın 12-də səhər işə getdim. Onda heç bir qeyri-adilik və ya narahatlıq hiss etmədim. Axşam saat 23 radələrində yaşadığımız köhnə məhəllədən Almas adlı qonşumuz mənə zəng vurub evdən səs-küy gəldiyini, çox güman ki, içəri oğru girdiyini söylədi. Orxana zəng etsəm də, qardaşım cavab vermədi. "WhatsApp" tətbiqində "təcili mənə zəng elə" yazsam da, Orxanın şəbəkədə olmadığını gördüm. Mən, anam və Seymur adlı tanışımız ayrı-ayrılıqda NZS qəsəbəsinə getdik. İçəri daxil olanda Orxanın qapının qarşısında, qan içində üzü üstə yerdə uzandığını gördük. Polisə və təcili yardıma zəng edib məlumat verdik".
Şahid Vüqar Məmmədzadə ifadəsində göstərib ki, axşam yaşadığı məhəlləyə qayıdanda çoxlu sayda insanların toplaşdığını görüb:
"Maraqlandıqda öyrəndim ki, qonşuluqda yaşayan Orxan Seyidov öldürülüb. Orxan davranışından, üz görünüşündən və geyimindən cinsi azlıqların nümayəndəsinə oxşayırdı. Ona görə də onunla heç salamlaşmırdım. Amma onu sakit bir insan kimi tanıyırdım, heç kimlə söz-söhbəti və mübahisəsi, pis vərdişləri yox idi".
Şahid Sənan Abbasov ifadəsində göstərib ki, özünə məxsus "Opel Astra" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:
"Martın 12-i saat 23 radələrində NZS qəsəbəsində maşınıma əyləşən şəxs əvvəl "Baksol" yoluna, sonra isə Novxanı qəsəbəsi istiqamətində sürməyimi bildirdi. Dediyi yerdə avtomobili saxlayanda oğlan mənə 100 manat pul verdi ki, qalıq məbləği ona qaytarım. Amma mənə xırda əskinazlar olmadığından həmin şəxs pul vermədən çıxıb getdi".
Məhkəmə iclasında Pərviz Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, Pərviz Həsənovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Həsənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.
Tanınmış stilisti öldürənə 17 il iş verildi

Şou Biznes     Baxılıb: 979   Tarix: 11 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Dimaşın Meksika konsertinin biletləri 8 dəqiqədə tükəndi - Rekordunu yenilədi

Qazax müğənni Dimaş Kudaibergenin öz rekordunu yeniləyib. xarici mətbuata istinadən xəbər verir ki, onun Meksikadakı konsertinin biletləri satışa çıxan kimi 8 dəqiqə ərzində bitib. Bununla da o, öz rekordunu yeniləmiş olub

.

Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR

Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd edir. xəbər verir ki, Elçinə ən böyük hədiyyə isə oğlu Candan gəlib. Belə ki, Canın rəsm əsərləri dünyanın ən böyük və nüfuzlu muzeylərindən olan Fransanın Paris şəhərində yerləşə

.

Əbdül Xalid restoran biznesinə başladı

Müğənni Əbdül Xalid yeni biznesə başlayıb. xəbər verir ki, müğənni yeni restoran açıb. Bu bərədə müğənni özü açıqlama verib:. "Uzun illər kənara çəkildim, olanları izlədim. Artıq şükürlər olsun ki, yeni layihələrə star

.

Vüsalə Türkanı ittiham etdi - 'Sizi biz məşhur etmişik

Aparıcı Vüsalə Əlizadə  "İncə səhər" verilişində müğənni Türkan Vəlizadəni sərt şəkildə tənqid edib. xəbər verir ki, buna səbəb müğənninin meyxana ifaçıları və bəzi müğənnilər ilə efirə çıxmaq istəməməsi olub. Aparıc

.

Əhməddən şikayət: Məkana gəlsə də, səhnəyə çıxmadı

Müğənni Əhməd Mustafayevdən şikayət var. xəbər verir ki, paytaxt məkanlarından birinin iddiasına görə, sənətçi söz verdiyi halda səhnəyə çıxmaqdan imtina edib. Restoranın rəsmi səhifəsində bildirilir ki, Əhmədin səhnəyə çıxmamas

.

Emre Karayel ikinci dəfə ata oldu

Emre Karayel ikinci dəfə ata olub. xəbər verir ki, aktyorun həyat yoldaşı Gizem Demirci ikinci körpəsini dünyaya gətirib. Məşhur cütlük oğullarına İlke Cihan adını verib. Emre Karayel körpəsi ilə ilk fotosunu sosial şəbəkəd

.

Hindistanlı milyarderin xanımının 1,7 milyonluq çantası - FOTOLAR

Hindistanın ən varlı adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Ambani ötən gecə tədbirlərdən birində çantası ilə gündəm olub. xəbər verir ki, o, görünüşünü tamamlamaq üçün 1,7 milyon dollarlıq (3 milyon manata yaxın) brilyan

.

Belaruslu müğənni öldürüldü, orqanları satıldı, cəsədi yandırıldı

Belarusun "Səs" musiqili şousunun iştirakçısı 26 yaşlı Vera K. faciəvi şəkildə dünyasını dəyişib. xarici mətbuata istinadən xəbər verir ki, o, Taylandda modellik karyerasına başlamaq istəyib, lakin beynəlxalq insa

.

Fatih Ürək infarkt keçirdi - Təcili xəstəxanaya yerləşdirildi

Türkiyəli müğənni Fatih Ürək infarkt keçirib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, o təcili xəstəxanaya yerləşdirilib. Həkimlər sənətçinin reanimasiyada olduğunu və vəziyyətinin ciddi olduğunu bildirib. Aysel

turlar.az

toy gecesi qadın geyimi aksessuarlar otaq dizaynları kəpək qazan kotleti cinsi xəstəliklər kosmetika suni mayalanma novruz bayramı haxışta xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır sac modelleri hekaye janri