Tanınmış teleaparıcı: "Ölüm mesajları ilə məni hədələyənlər də olub" - FOTO

Göz yaşlarımı hələ də unuda bilmirəm
Bu insanı mətbuatda, yaxud hər hansı qala gecələrində demək olar ki, çox nadir hallarda görürük. Təpədən dırnağa televiziya və radio üçün doğulan Yusif Ağayevlə görüşümüz onun uzun illərdir çalışdığı radionun ad günü ərəfəsində oldu. Tamaşaçıların evinin daimi sakini olmağı bacaran teleaparıcı ilə ötən günləri xatırlayaraq zaman-zaman nostalji dəqiqələr yaşadıq.

Tanınmış teleaparıcı Yusif Ağayevin Milli.Az-a müsahibəsi.

- Yusif bəy, gününüz necə keçir?

- Çox maraqlı, işgüzar rejimdə. Səhər milyonlarla tamaşaçısı olan doğma ATV kanalında "10-dan sonra"da. Daha sonra gün ərzində növbəti verilişə hazırlıq, komandamızla bərabər sabahkı verilişin süjetlərinin hazırlanması, səslənməsi, müzakirəsi, bu axşamadək vaxt aparır. Axşam isə radioda oluram.

- Deyirlər ki, Yusif heç xaricən dəyişmir. Bunun xüsusi resepti varmı?

- Bəli, resepti var. İllər boyu riayət etdiyim vicdan, sağlıq, səmimiyyət, dürüstlük formulası. O da böyük Allahın mənə bəxş etdiyi bir nemətdir ki, bunu hamıya diləyirəm.

- Mətbuatda, qala gecələrində və tədbirlərdə sizi görmürük. Bəs bunun səbəbi nədir?

- Qala gecələri, yığıncaqlar, tədbirlər daha çox axşamlar olur. Mən isə həftə içi axşam radioda efirdəyəm. Həm axşamlar radiodakı efirim, həm sabahlar televiziyadakı verilişim mənə qala gecələrindən daha önəmli, daha doğma, daha əhəmiyyətlidir.

- Radiodan söz düşmüşkən, bu gün martın 4-ü 106 FM radiosunun 18 yaşı tamam olur. Sizi bu münasibətlə təbrik edirəm. O zaman belə çıxır ki, Yusif Ağayevin 18 yaşı var, yoxsa aylar öncə qeyd etdiyi 59?

- Mənim üçün 59, dinləyicim və tamaşaçım üçün isə 18 (gülür).

- İstərdim ki, bir az o illərə qayıdaq.

- O illərə qayıtmaq mənim üçün çox da asan olmayacaq. Bu, düz 18 il əvvəl baş verib. Zarafat deyil, bir igidin ömrüdür.

- İlk efirinizi necə xatırlayırsınız?

- Çox həyəcanlı, gərgin, məsuliyyətli, üzündən həyəcan təri axan, əlləri əsən, amma fikirləri bir yerə cəm olmuş Yusif Ağayev. İlk efir 1999-cu il martın 4-ü idi. Sevincdən, həyəcandan oturduğum masanın üzərinə düşən göz yaşlarımı hələ də unuda bilmirəm.

- İstər televiziyada, istərsə də radioda özünüzə məxsus fərqli salamlaşmağınız var. İlk söylədiyiniz söz yadınızdadır?

- Əlbəttə. "Gecənin bu saatında sükutu pozan mənəm - Yusif Ağayev".

- Qonağınız kim idi?

- Sizcə kim ola bilər?

- Kim? Amma deməyin ki, Aygün Kazımova?

- Əlbəttə ki, yenə də Aygün.

- Heç radioda problem yaradan qonağınız olubmu?

- Buna heç vaxt imkan vermərəm. İşimdə hər zaman hər şeyi son detalına qədər zərgər dəqiqliyi ilə məsuliyyətli olmuşam.

- Qonaqlarınızdan cavabını ala bilmədiyiniz sualınız olubmu?

- Mən qonaq dəvət etdiyim şəxsin sənətini qiymətləndirirəm, onu efirə qalmaqal naminə yox, sənətdən, işindən danışmaq üçün dəvət edirdim. Amma yadıma maraqlı bir epizod düşdü. İlhamə Quliyeva bir dəfə qonağım olanda ona "Unuda bilməzsən" mahnısından bir sual verdim. "İlhamə Quliyeva nə vaxtsa qoca olsa, kimin qapısını döyər?" Primadonna bu suala cavab vermədi. Görünür bilirdi ki, o, heç vaxt qocalmayacaq. Belə də oldu. Amma onun haqda heç vaxt keçmiş zamanda danışmayacağam, çünki İlhamə Quliyeva mənim üçün ölməyib, sağdır.

- Bildiyim qədər uzun illər 106 FM radiosunun direktoru vəzifəsində çalışmısınız. Təxminən neçə il?

- 12 il radioya rəhbərlik etmişəm. Əvvəl gündən 106 FM-də bayağı musiqinin əleyhinə oldum. Neçə-neçə layihələr yaratdım.

- Xatırlaya bilərsinizmi 106 FM-də ilk səslənən mahnı hansı olub?

- İmagination "Just an illusion".

- Bunu necə yadınızda saxlamısınız?

- Hafizəm çox itidir, radioda bu 18 ildə səslənən mahnıları, işçiləri, hər şeyi, hər günü, hər hadisəni çox gözəl xatırlayıram.

- Yəqin ki, bu neçə ildə yetişdirmələriniz də olub.

- DJ yetişdirmək mənim qarşıma qoyduğum ən böyük məqsədim olub. Neçə-neçə DJ yetişdirmişəm, bəziləri uzun müddət 106 FM-də işlədilər, daha sonra digər KİV-də çalışmağa davam etdilər. Halal xoşları olsun...

- Son sözünüz müəmmalı oldu nədənsə...

- Məsəl var: "Sən yaxşılıq et, at dəryaya, balıq bilməsə də, xalıq bilər.

- Direktor olduğunuz müddətdə heç işçilərinizi cəzalandırdınızmı?

- Yəqin ki, işə götürdüyüm DJ-ləri nəzərdə tutursuz... Hər zaman onlara nəyin doğru düzgün olduğunu başa saldım. Cəzaya gəldikdə isə... Mən kiməm ki? Cəzanı Allah versin!

- Sizcə tamaşaçı və dinləyicilərinizin hamısı sizi sevir?

- Bir insanı təbii ki, hamı sevə bilməz. Bu illər ərzində bütün tamaşaçı və dinləyicilərimdən həmişə hörmət görmüşəm. Təbii ki, sevməyənlər də var. Hətta ölüm mesajları ilə məni hədələyənlər də olub. Belələrinə Allahdan ağıl arzu edirəm.

- Bu illər ərzində işinizdən heç yorulmadınız?

- Qətiyyən. Yorulsam da bu xoş bir yorğunluq olur. Kimin üçün efirdir, mənim isə evimdir. İşimin fədaisiyəm və hər kəsə də bunu tövsiyyə edirəm. Radioda həm formatda, həm də tərkibdə bir sıra çox müsbət dəyişikliklər oldu, hazırda yeni, sağlam bir kollektivdə çalışmaqdayıq. Son günümə qədər istəyirəm ki, doğma Azad Azərbaycan Teleradio şirkətində işləyim. Çünki əldə etdiyim bütün uğurlar, nailiyyətlər Azad Azərbaycan Teleradio şirkəti sayəsində baş verib. 106 FM kollektivini və dinləyicilərini ən yüksək radio 106 FM-in 18 yaşı tamam olması münasibəti ilə ürəkdən təbrik edirəm. Sonda demək istəyirəm ki, 106 FM musiqini duyanlara bir məlhəmdir.
Tanınmış teleaparıcı: "Ölüm mesajları ilə məni hədələyənlər də olub" - FOTOTanınmış teleaparıcı: "Ölüm mesajları ilə məni hədələyənlər də olub" - FOTOTanınmış teleaparıcı: "Ölüm mesajları ilə məni hədələyənlər də olub" - FOTO

Xəbərlər     Baxılıb: 1484   Tarix: 04 mart 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə öldü

Niderlandın paytaxtı Amsterdamda il yarım ərzində koronavirusun 50 mutasiyasını keçirən yaşlı xəstə (kişi) ölüb. report-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Bildirilir ki, kişi 2022-ci ili

.

Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT

Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir. xəbər verir ki, bu dəfə təqdim edəcəyi resept beyinə qan dövranını yaxşılaşdırır. Eyni zamanda damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

.

Duzlu yemək də xərçəng yaradır – Onkoloq

Yağlı, qızarmış qidaların xərçəng riski yaratdığını bilirdik. Artıq duzlu qidalar da bura daxil edilib.   -a istinadən xəbər verir ki, onkoloq Yevgeniy Çeremuşkin bu qidaları nə ilə əvəz etmək yollarını açıqlayıb. "Xərçəngdə

.

Hər gün bir qaşıq zeytun yağı içmək üçün 6 səbəb

Son araşdırmalara görə, səhər yeməyinizə zeytun yağı əlavə etmək faydalarını artıra bilər. .   -a istinadən bildirir ki, alimlərin fikrincə, bu yağdan yalnız bir yemək qaşığı bədənə əhəmiyyətli faydalar gətirə bilər. Depressiyada

.

Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT

Ürəyi gücləndirmək üçün uzun illərdir bu sadə və təsirli reseptdən istifadə olunur. sağlamolun.az-a istinadən həmin resepti təqdim edir:. Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT 

.

Bədənimizdəki şişlər nədən xəbər verir?

Bədənin müxtəlif yerlərində vaxtaşırı şişkinlik insanların tez-tez yaşadığı və əsasən müvəqqəti xarakter daşıyan bir vəziyyətdir. Ancaq bəzən bu şişkinliklər tez-tez baş verirsə və keçmirsə, bu, diqqət tələb edən problemdə

.

Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI

Bir çoxlarının sevimli səhər yeməyinin sağlamlığa zərərli olduğu ortaya çıxıb. .   -a istinadən xəbər verir ki, bununla bağlı qastroenteroloq Dilarə Lebedeva danışıb. . Həkimin sözlərinə görə, səhər yeməyi xroniki yorğunluqdan

.

Sosial media yeni doğum etmiş qadınlara mənfi təsir edir

Sosial medianın analar üzərindəki təsirlərindən bəhs edən mütəxəssislər, sosial medianın doğuşdan sonrakı dövrdə analara mənfi təsir etdiyini bildiriblər. e- -a istinadən xəbər verir ki, bu gün hər bir fərdin aktiv şəkild

turlar.az

sonxeber.az geyim şəkilləri donlar 2024 kosmetoloq vetenperverlik bitki dərmanları balıqlar bürcü 2024 geyim kosmetika qız bürcü tut ağacı tutdudu seksler səməd vurğun üzeyir hacıbəyli