Tarix Əliyev o qadın üçün aidiyyatı qurumlara səsləndi

Tarix Əliyev o qadın üçün aidiyyatı qurumlara səsləndiXəbər verdiyimiz kimi, Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib.
azxeber.com xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə mayın 2-də Masallı şəhəri Hakimiyyət küçəsindəki evdə baş verib.
1981-ci il təvəllüdlü Anar Məmmədli qeyri-rəsmi nikahda yaşadığı Gülər Səmədovanı (ad-soyad şərtidir) döyərək əl-qolunu bağlayıb. O, ülgüclə G.Səmədovanın saçını qırxıb.
Aparıcı-prodüser Tarix Əliyev məsələyə biganə qala bilməyib. O, sosial media hesabından paylaşdığı video ilə aidiyyatı qurumla müraciyət edib:
"Bu günlərdə dövlət və qeyri-hökümət təşkilatları tərəfindən qadın zorakılığına qarşı bir sıra tədbirlər həyata keçirilir və maarifləndirmələr aparılır. Lakin, Masallıda qeyri-rəsmi nikahda olan bir qadının zorakılığa məruz qalması və saçının kəsilməsi hadisəsi bizi dərindən düşündürür. Masallı Rayon Məhkəməsi bu hadisəyə görə şəxsi 8 sutka həbs cəzası verib.
Mən burada Uşaq və Qadın Problemləri Komitəsinin rəhbəri Bahar xanım Muradovaya və bütün qeyri-hökumət təşkilatlarına səslənirəm. Bu cəza ləgv edilməli və həmin şəxs daha ciddi bir cəza almalıdır. Çünki, onun hərəkətləri zorakılıq əməllərini əhatə edir və saxlanarkən müqavimət göstərib, polis əməkdaşlarına qarşı əxlaqsız davranışlar sərgiləyib. Bu cür hallar cəmiyyətimizdə qəbul edilməməlidir və hər kəs hüquq qarşısında məsuliyyət daşımalıdır."
Aysel

Şou Biznes     Baxılıb: 2506   Tarix: 07 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir

Türkiyədə rep musiqisinin tanınmış ifaçıları "Lvbel C5" (Süleyman Burak Bodur) və azərbaycanəsilli Asya Əlizadənin ifa etdiyi "Kahpe" mahnısı ilə bağlı cinayət işi üzrə ittiham aktı hazırlanıb. -a istinadə

.

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Nuran yeni layihəsini təqdim etdi

Müğənni Nuran yeni layihəsini təqdim edib. . xəbər verir ki, sənətçi növbəti dəfə 200-ci illərin əvvəllərinə üz tutub. . O, müğənni Rəqsanə İsmayılovanın ifasında populyarlaşan "Günahından keçmərəm" mahnısına yen

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb

.

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

turlar.az

makiyaj etmek qaydalari qadin dunyasi sac duzumleri qəlyanaltı reseptləri artiq cekiden azad olmaq qan qruplari haqqinda melumat haxışta kosmetika novruz bayrami qizliq perdesi oğlaq vidyolar burclər