ŞAD XƏBƏR! Azərbaycanda bu məhsulun da qiyməti kəskin ucuzlaşdı - FOTO
Azərbaycanda ən iri un istehsalçısı olan "Karat Holdinq" MMC "Karmen" və "Yeganə" unlarının qiymətini aşağı salıb.
Xanim.az xəbər verir ki, şirkətdən APA-ya verilən məlumata görə, son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub. Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7-1 manat ucuzlaşıb.
""Karat Holdinq" MMC olaraq, uzun illərdir ki, un istehsalı ilə məşğul oluruq. Fəaliyyətimizdə istehlakçı məmnunluğunu daim əsas tutaraq keyfiyyətli və sərfəli qiymətlərlə un satışını həyata keçiririk. Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər, eləcə də manatın ucuzlaşması və üzən məzənnə rejiminə keçilməsi istehsalı əsasən idxal buğdasına əsaslanan unun maya dəyərinə və satış qiymətinə də təsir göstərib. Lakin dövlət başçısının tapşırığına uyğun olaraq, 2016-cı ilin əvvəlindən buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi unun satış qiymətində baş verə biləcək kəskin qiymət artımının qarşısını alıb", - deyə məlumatda vurğulanıb.
Məlumatda o da qeyd olunub ki, müəssisə bundan sonra da istehsal etdiyi məhsulların keyfiyyəti və qiymətinin istehlakçıların maraqları ilə uzlaşdırılmasını daim diqqətdə saxlayacaq.
f Paylaş








Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
"Daha 17" Dünya Kuboku matçlarını geridə qoydu
Məhkəmə Alla Puqaçova ilə bağlı qərar verdi
49 yaşlı məşhur aktyor 28 yaşlı sevgilisi ilə - FOTO
Edis Riki Martin ilə bir səhnəni bölüşəcək
Məşhur alman blogerlər Daşkənddə saxlanıldı
Santa Barbara'nın ulduzunun müalicəsi üçün pul toplanır
Səs-küylü mühitdə dəyərsiz olmaqdanansa, şərəfli yalnızlıq gözəldir
Həyat yoldaşı ilə dalaşan aktyor özünü körpüdən atdı
Diabet riski yüksək olan qan qrupu açıqlandı
Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər