TƏCİLİ! Azərbaycanlı məmur ağır qəza nəticəsində..
Xanim.az report-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Hundai sonata" markalı avtomobillə "Niva" markalı avtomobilın toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan sərnişinlər və sürücü xəsarət alıb. Qeyd edək ki, yaralılardan biri, Daşkəsən rayon sakini, DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğludur. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zamanı xəsarət almış digər yaralı isə "Niva" markalı avtomobildə olmuş YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğludur. Hadisə zamanı onun həyat yoldaşı, gəlini və nəvələri də nəqliyyat vasitəsində imiş.
Yaralılardan ikisi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, biri isə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlardan biri koma vəziyyətindədir. Qəzanın F. Cəfərlinin sükan arxasında olarkən ürək tutmasından baş verdiyi bildirilir. F.Cəfərlinin səhhətində problem olduğundan o, bu yaxınlarda ürək əməliyyatı keçirib.
Faktla bağlı araşdırma aparılır.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir