TƏCİLİ! Bu kommunal xidmətlə bağlı əhaliyə ŞAD XƏBƏR
Bəzi obyektlərdə istilik vaxtından əvvəl verilə bilər.
Bu sözləri Publika.az-a açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib.
Şöbə müdiri bildirilib ki, istilik mövsümü adətən, noyabrın 15-də, dağlıq rayonlarda noyabrın 1-də başlayır.
"Məktəb, bağçalar, səhiyyə müəssisələri, digər sosial obyektlərdə istilik təchizatının daha tez verilməsi həmin qurumlardan asılıdır. Yəni "Azəristiliktəchizat"la həmin qurumlar arasında istilik təchizatı ilə bağlı münasibətlər tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Həmin müqavilələrdə bu obyektlərin istiliklə təchizatı 5 ay müddətində göstərilib. Ödənişlər də məhz müqavilədə göstərilən müddətə uyğundur. Hər hansı təşkilat müəssisəsinin daha tez istiliklə təchiz edilməsini istəyirsə, bunun üçün rəsmi surətdə müraciət etməlidir. Müraciətdə əlavə ödənişlə bağlı təminat verdiyi halda, müraciətə baxıla bilər".
R.Əliyev onu da vurğuladı ki, təlimatlara əsasən, orta sutkalıq temperaturun 3-5 gün ərzində +8 dərəcədən aşağı olduğu halda istiliyin daha tez verilməsinə baxıla bilər.
Bu il "Azəristiliktəchizat"ASC-nin "Azəriqaz"İB-nə 90 mln manata qədər borcunun olmasının istilik təchizatında gecikmələrə səbəb olmasına gəldikdə, R.Əliyev hələ ki belə bir problemin olmadığını dedi: "2015-ci ildə borcla bağlı problem yaşanmışdı, həll edildi. Hazırda elə bir problem yoxdur, olduğu halda açıqlama verəcəyik".
Qeyd edək ki, son günlər ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Ekspertlər tədricən payız mövsümünün sıradan çıxacağını, yaydan birbaşa qışa keçəcəyini xəbərdarlıq edir.











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz