TƏCİLİ! Pensiya alanların DİQQƏTİNƏ : Bundan sonra...

TƏCİLİ! Pensiya alanların DİQQƏTİNƏ : Bundan sonra...Pensiya sistemində edilən yeni dəyişikliklər bir sıra suallar doğurub.
Xanim.az bildirir ki, yaranmış suallar ətrafında iqtisadçı-alim Vüqar Bayramov bəzi məqamlara aydınlıq gətirib.

O, əhalini maraqlandıran 10 suala ətraflı izahat verib.

1. Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?
Cavab:Yeni dəyişikliklərə əsasən pensiyada olmaq yaşı orta hesabla 12 il nəzərdə tutulduğundan və minimum pensiya məbləğinin 110 manat olduğundan tələb edilən minimum yığım məbləği aşağıdakı kimi hesablanır:

12 il X 12 ay X 110 manat= 144 X 110 manat- 15 840 manat
Deməli, əmək pensiyasının alınması üçün 15 840 manat yığım tələb edilir.

2. Əgər pensiya yaşınadək 15 840 manat yığımaq mümkün olmayıbsa, o zaman pensiyaya çıxmaq üçün həmin məbləği necə artırmaq olar?
Cavab : Əgər vətəndaşın pensiya yaşı tamam olubsa və onun hesabında 15 840 manat yoxdursa, o zaman dəyişikliyə əsasən həmin məbləği 2 halda artırmaq mümkündür:
- Həmin şəxsin yığım hesabı açıq qalır və bu zaman həmin şəxs işləməkdə davam edib hesabına əlavə vəsait ödəyə bilər.
- Vətəndaş qalan fərqi birbaşa nağd şəkildə hesabında yerləşdirə bilər. Məsələn, pensiya yaşı tamam olan şəxsin hesabında 10 000 manat var və 5840 manat kəsir var. Bu zaman həmin şəxs özü və ya övladı və hətta işlədiyi təşkilat belə həmin pulu ödəyərsə o əmək pensiyası almaq hüququ qazana bilir.

3. Əgər tələb edilən yığım mümkün olmayıbsa və hesaba əlavə ödəniş imkanı yoxdursa, bu halda əmək pensiyası ala bilərmi?
Cavab: Dəyişikliklə bu halda istisnalar nəzərdə tutub. Əgər vətəndaş 25 il və daha çox əmək fəaliyyəti ilə məşğul olub həmin müddətdə hər az sosial ödəniş edibsə, o zaman hesabında hansı məbləğin olmasından asılı olmayaraq minimum məbləğdə əmək pensiyası ala bilir. Məsələn, pensiya yaşı tamam olan vətəndaşımızın yığım hesabında 7 min manat vəsait var, amma 25 il iş təcrübəsinə malikdirsə, o zaman da pensiya almaq hüququna malik olur.

4. Pensiya yaşı çatan şəxsin yığım hesabında minimum məbləğdən çox vəsait var, amma onun iş təcrübəsi 12 ildən azdır və bu zaman əmək pensiyası ala bilirmi?
Cavab: Yeni dəyişikliklərə əsasən 12 illik minimum iş təcrübəsi ləğv edilib. Bu baxımdan, əgər minimum məbləğ, hətta 5 il ərzində yığılsa da belə həmin şəxs əmək pensiyası almaq hüququna malikdir

5. Əmək pensiyasına pensiya yaşı tamam olmadan çıxmaq mümkündürmü?
Cavab: Bu hal yeni dəyişikliklərə daxil edilməyib və gözlənilir ki, növbəti dəyişikliklərdə bu nəzərə alınacaq. Bu isə o deməkdir ki, mövcud qaydalar pensiya yaşı tamam olmadan pensiya almaq hüququ vermir. Yəni, vətəndaş hətta minimum yığım məbləğini daha tez toplasa da belə pensiya yaşı tamam olandan sonra ondan istifadə edə bilər.

6. Sosial ödənişlərin neçə faizi vətəndaşın hesabında əks olunur?
Cavab: Yeni qaydalara əsasən, sosial ödənişlər tam olaraq 100 faiz hesabda saxlanılacaq. Son dəyişikliklərədək ödənişlərin 50 faizi yığım hesabında əks olunurdu, digər yarısı cari xərclər üçün istifadə edilirdi.

7. 2006-cı ildən mövcud dəyişikliklərədək olan dövrdə sosial ödənişlərin yığım hesabında əks olunmayan hissəsi, yəni 50 faizi hesablara qaytarılacaqmı?
Cavab:Mövcud dəyişikliklərə əsasən, sözügedən müddətdə hesabda əks olunmayan vəsait 10 faiz hesabın idarəedilməsi və s. xərclər üçün çıxılmaqla digər bütün qalan hissəsi yığım hesabına əlavə ediləcək.

8. Minimumdan artıq yığımlar edən ancaq pensiya yaşı çatmamış və ya pensiya almağa başladıqdan bir müddətdən sonra dünyasını dəyişən vətəndaşların yığımları hansı hallarda onu varisinə ödəniləcək?
Cavab:Ailədə əlilliyə görə pensiya alan, yaşı 18-ə (əyanı ali təhsil alanlar üçün 23) çatmayan övladı varsa və ya həyat yoldaşı pensiya alan şəxslər olarsa bu yığımdan faydanala biləcək. Məsələn, rəhmətə gedən ailə başçısının yüksək əmək haqqı ilə çalışıb və onun hesabında daha böyük məbləğdə vəsait yığılıb. Amma onun həyat yoldaşının pensiya məbləği aşağıdır. Bu zaman o, öz pensiyasından imtina edib rəhmət getmiş həyat yoldaşının pensiyasını ala bilər.

9. Xidməti müqavilə ilə çalışanlar əmək pensiyası ala biləcəklər?
Cavab: Yığım hesabında vəsaitin əmək, yoxsa xidməti müqaviləsi ilə toplanmasının heç bir fərqi yoxdur. Minimum məbləğ yığan şəxs pensiya hüququ əldə edəcək.

10. 25 illik iş stajı ilə bağlı istisna xidmət müqaviləsi ilə çalışanlara aiddirmi?
Cavab:25 il işləyən və aylıq sosial ödənişlər edən hər bir vətəndaş əmək və xidmət müqaviləsi ilə çalışmasından asılı olmayaraq və hesabındakı vəsaitin məbləğinə baxmayaraq pensiya ala biləcək".

Xəbərlər     Baxılıb: 10524   Tarix: 06 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

gelinlikler adlarin menasi makiyaj etmek qaydalari ürək damar və qan sistemi terxun kompotu bulkalar 2026 payiz qis debi kosmetika sperma aydin sani qogal xərçəng bürcü dolca