TƏCİLİ! Prezidentdən "Hərbi vəziyyət haqqında" qanunun tətbiqi barədə SƏRƏNCAM

TƏCİLİ! Prezidentdən "Hərbi vəziyyət haqqında" qanunun tətbiqi barədə SƏRƏNCAMXanim.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Hərbi vəziyyət haqqında" 2017 ci il 14 fevral tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Hərbi vəziyyət haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; həmin qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; həmin qanunun 16-cı maddəsinə uyğun olaraq, hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərin maliyyələşdirilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərmanla müəyyən edilir ki, "Hərbi vəziyyət haqqında" qanunun 16-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir; həmin qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Müdafiə Nazirliyi həyata keçirir; həmin qanunun 25.1-ci və 25.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Xarici İşlər Nazirliyi həyata keçirir; həmin qanunda "hərbi idarəetmə orqanları" dedikdə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur.

"Hərbi vəziyyət haqqında" qanunun 19.3-cü maddəsində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədilə bu fərmanın 1.3-cü bəndində göstərilən qaydada hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərlə əlaqədar zərər çəkmiş şəxslərə kompensasiyanın ödənilməsi qaydası da əks etdiriləcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Hərbi vəziyyət haqqında" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Xəbərlər     Baxılıb: 1809   Tarix: 06 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

turlar.az

sac duzumleri qadın geyimi kosmetik vasiteler sizanaqlara qarsi maska yalan haqqinda atalar sözləri qadın və cəmiyyət qish geyimleri kosmetika bakire novruz bayramina aid hakista novruza aid vətənə aid atalar sözləri hakışdalar