Təəssüf ki, oğlumu Bakıya gətirmirlər' - Müşfiq kövrəldi
Aktyor Müşviq Şahverdiyev övladından danışıb.
azxeber.com xəbər verir ki, aktyor "Günə Uğurla" verilişində onu 3 ildir görə bilmədiyini deyib.
Aktyor oğlundan danışarkən kövrəlib:
"Oğlum anası ilə Ukraynadadır. Üç ildir onu görə bilmirəm. Anası və ailəsi ilə birlikdə orada yaşayırlar. Hazırda ora uçuşlar yoxdur, ancaq öz vətəndaşları gedib-gələ bilir. Ona görə gedə bilmirəm. Onlar da təəssüf ki, Azərbaycana gəlmirlər. Bu il birinci sinifə gedib. Azərbaycan dilini elə də yaxşı bilmir, amma başa düşür məni. Kaş ki, onu belə öyrətməyəydilər... Hər gün görüntülü danışıram, onu çox sevdiyimi deyirəm.
Həyatdır, enişi də var, yoxuşu da. Şəxsi həyatımda yaşanan heç nə üçün peşman deyiləm, amma kaş ki, belə olmazdı dediyim çox şey var. Bu da tək mənim başıma gəlmir. Kaş geri qayıda və hər şeyi yüz ölçüb, bir biçə biləydim".
Aysel









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünün
Serdar Ortaçın vəziyyəti pisləşdi
Bunları edin, gün boyu enerjili QALIN
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
O qədər imkanı var, məndən pulsuz bilet istəyir
Bozo' Bakıda - FOTOLAR
Su içmək üçün ən doğru vaxtlar