Tələbə ikən oğlanla tanış oldu, yatağa girdi, hamilə qaldı, atıldı - Səidənin dəhşətli həyat hekayəsi

Tələbə ikən oğlanla tanış oldu, yatağa girdi, hamilə qaldı, atıldı - Səidənin dəhşətli həyat hekayəsiVaxtaşırı həyatda çətinlik çəkən, şiddət görən, öz doğmalarının işgəncələrinə məruz qalan qadınlar barədə yazıram. Amma bu dəfəki qəhrəmanımın həyatı tamam başqadı – dəfələrlə doğmaları onun ölümünə çalışıblar. Amma o, sağ qalmağı bacarıb.
O qadın bu gün öz ayaqları üzərindədir, işləyir, yaşamağa səbəb axtarır... Şərti ad-soyadı Səidə Rəhimova olan bir qadından danışacağıq.

"Və günlərin bir günü..."

Səidənin bir səhvi sonradan onun bu həyatını alt-üst edib, xoşbəxt ailə həyatı qurmasına mane olub. Hamıdan, hər kəsdən çox sevdiyi, güvəndiyi insan onu tərk edib. Hər şey bundan sonra başlayıb:
"Mən ali təhsilliyəm. Sevdiyim oğlanla elə oxuduğum unveristetin yaxınlığında tanış olmuşdum. Uzun müddət sevgili olduq. Münasibətlərimiz çox yaxşı davam edirdi. Onunla hər şey gözəl idi. Ona inanırdım. Demişdi, evdəkilər elçi gəlməyə hazırlaşır. Evlənəcəyimizə və xoşbəxt ailə quracağımıza o qədər inanırdım ki... Nə bilim, necə izah edim... Və bir gün biz yaxın münasibətdə olduq. Yəqin, məni başa düşürsüz.
hadisədən sonra Allahın hər həftəsi məni aldadırdı ki, ailəsi bu gün-sabah bizə elçi gələcək. Nəhayət, bir gün dedi ki, gəl görüşək. Sevinmişdim, sanki ürəyimə su sərpildi. Əmin idim ki, hər şeyi yanlış anlamışam. İnanırdım ki, evlənmək təklif edəcək. Sevinə-sevinə onunla görüşə hazırlaşdım. Həmin saatlarda keçirtdiyim həyəcanı, xoşbəxtliyi bir də heç vaxt yaşamayacağımı sonradan anladım. Onunla görüşdük, bir sakit yerdə oturduq ki, söhbət edək. İlk cümləsi bu oldu ki, mən başqasıyla evlənirəm..."

Bu xəbərləri də mütləq oxuyun:

Gördüklərinizə inanmayacaqsınız!!.İnsan əti satılan restoran açıldı.Dünyanı sirkələyən hadisə.
Özünü asan gəlin intihar məktubu yazdı: Bacılarım ərimlə xəyanət etdi... - FOTO
'Gecəni birgə keçirdiyim yaşlı kişini səhər televizorda görəndə şoka düşdüm'
Kişmiş suyu ilə dörd gündə qaraciyər təmizliyinə nail olun!
Bu xəstəliklərdən əziyyət çəkənlərə ŞAD XƏBƏR: 4 milyon manat ayrıldı-Əməliyyatlar pulsuz olacaq
Azərbaycanda gələn ay üçün dəhşətin anonsu verildi: "1962-1972- ci illəri yadımıza salacaq"

"Mən nə edəcəm?"
Səidə bu sözləri deməyə çox çətinlik çəkirdi. Özünü dəyərsiz hesab etdiyini bildirirdi. Bir az toxdayıb söhbətə davam etdi: "Mənə "başqasıyla evlənirəm" deyəndə, bir an dondum qaldım. Eşitdiyimə inanmadım. Dedim, yəqin zarafat edir. Sonra gördüm, zarafat deyil... Həmin vaxt dünya sanki başıma uçdu. Bir neçə dəqiqə qulaqlarım tutuldu. Ailəmə nə deyəcəm, mən nə edəcəm sualları məni boğurdu. Heç özümü toplayıb ona cavab verməyə bir kəlmə söz də tapa bilmədim...".

Həmsöhbətim deyir ki, yaşadığı çətinlik ayrılıqdan sonra da davam edib. Hamilə olduğunu öyrənəndə isə hər şey bir amansız qayğıya çevrilib: "Çətin günlər keçirdim. Səhv etdiyimi bilirdim və o oğlana inandığım üçün günlərlə özümü qınayırdım, danlayırdım.
Amma səhvlərimdən dərs çıxarıb, yenidən həyata davam etməyi qərara aldım.

Düzü, hamilə olduğumu biləndə donub qaldım. Nə edəcəyimi bilmədim. Gecələr saatlar keçmirdi. Dəfələrlə uşağı abort etməyi fikirləşdim. Hətta oğlana məktub yazıb uşaq barədə xəbər vermək istədim. Amma artıq nişanlanmışdı. Başqa bır qızı da bədbəxt etmək istəmədim.
Uşaq iki aylıq olanda işlədiyim yerdə bir oğlan məndən xoşu gəldiyini dilə gətirdi. Ona sevdiyim oğlandan hamilə olduğumu və məni atdığını dedim. Oğlan dedi ki, səni sevirəm və səni də, uşağını da qəbul edirəm".

Səidə Rəhimova deyir ki, çarəsiz qalıb qarşısına çıxan adamla ailə həyatı qurub: "Oğlan mənim keçmişimdə baş verənləri bilirdi, amma bu barədə ailəsinə bir kəlmə də demədi. Mənim keçmişimi bütün ailəsindən gizlətdi. Əvvəlcə kəbin kəsildi. Sonra rəsmi nikah və nəhayət, toyumuz oldu. Hər ikimiz xoşbəxt idik. Ən azından ilk aylarda elə idi.

O, səhərlər işə gedir, axşam 6-dan sonra işdən qayıdırdı. Gözəl günlər keçirirdik. Beləcə xoşbəxt və mehriban yeddi ay yaşadıq. Həyat yodaşım uşağı öz uşağı kimi qəbul etmişdi. Birlikdə həkimə gedirdik, uşağın dünyaya gəlişini gözləyirdik.
Hamiləliyin doqquz ayı tamamlandı, uşaq dünyaya gəldi. Onu qucağıma aldığım ilk an dünyanın ən xoşbəxt insanıydım. Oğlan öz qohumlarına uşağın tez doğulduğunu demişdi. Hamı elə bilirdi ki, övladımız yeddi aylıq doğulub. Qardaşımın həyat yoldaşı xəstəxanaya uşağı görməyə gəlmişdi. Orda dedi ki, uşaq doqquz aydan tez anadan olan körpəyə oxşamır... "

Ölənə qədər saxlanacaq sirr...

Həmsöhbətim deyir ki, gəlinin bu sözü bütün qohum-əqrabanın ürəyinə şübhə toxumu səpib: "Heç bilmirdim necə edim ki, ölənə qədər özümüzlə aparacağımız sirri heç kim bilməsin. Dediyim kimi, gəlinimiz uşağı görən kimi qayıtdı ki, maşallah, tam vaxtında anadan olan uşaqdı. Siz yalan deyirsiz, tez doğulmayıb. Bir demədi, iki demədi. Beləcə hər kəsin yanında danışdı. O, hər kəsin yanında bu cür danışmağa davam etdikcə, ürəyim üzülürdü. Nəhayət, bu söz-söhbət valideynlərimlə aramda ciddi problem yaratdı.

Söhbət böyüməyə başladı və oğlanın ailəsinin də qulağına çatdı. Onlar hər şeyi bildilər. Mənə aydın idi ki, onlar heç vaxt bu halda məni qəbul etməyəcəklər. Elə də oldu... Yoldaşımı məcbur edirdilər ki, məni boşasın. Oğlan bir müddət onlara müqavimət göstərsə də, çox davam gətirə bilmədi. Nəhayət, boşandıq".

"Uşağı kimsəsiz bir yerdə öldürəcəm"

Qəhramanım boşandıqdan sonra başına gələnləri danışdıqca, yerimdə dondum qaldım. Hər cümlə məni dəhşətə gətirirdi. İnana bilmirdim ki, həyatda belə talelər var. Yəni, bir insanı səhvinə görə öldürmək bu qədərmi asandı? Bəli, düz başa düşdüz, Səidəni bu səhvinə görə, dəfələrlə öldürməyə cəhd ediblər.

Mən bunu fikirləşdikcə dəli olurdum, o isə sözünə belə davam etdi: "Həmin səhv tək mənim yox, uşağımın da həyatını məhv elədi. Heç istəməzdim belə olsun, amma əlimdən nə gəlir... Mən heç vaxt etdiyim səhvə haqq qazandırmamışam. Amma səhvimlə məni kənar adam qəbul edib evlənirdisə, doğmalarım da məni körpəmə görə bağışlaya bilərdi. Onlar isə bunu etmədilər... Ailəm mənə yad oğlanın göstərdiyi qayğını, anlayışı göstərmədi. Dəstək olmağa çalışmadı. Heç olmasa təzyiq etməyəydilər, buna da razı idim.

Amma doğma ailəm mənə sahib çıxmadı. Atam, anam, qardaşlarım, hətta bacılarım da məndən üz döndərdilər. Hamısı məni döyüb, təhqir etməyə başladılar. Dəfələrlə qardaşım mənə "səni də, uşağını da aparıb kimsəsiz bir yerdə öldürəcəm, elə orada göməcəm, qoy, hamı sənin kimi əxlaqsızın varlığını unutsun" deyirdi. Mənə məsləhət görürdü ki, onu əziyyətə salmayım, gedim özüm intihar edim ki, əlini mənim kimi əxlaqsızın qanına bulamasın. Çox çətin, stresli günlər keçirirdim. Onlar mənə inəklərə verilən dərmandan verdilər ki, zəhərlənim ölüm..."

Səidə Rəhimova bu yerdə susdu... Mən isə qulaqlarıma inanmadım. Sözlər dəfələrlə qulağımda təkrarlandı... Səidə isə davamlı tüpürməyə başladı. Sanki bu dəqiqə ona zəhər verdilər kimi təəssürat yaratdı. Öncə qorxdum, sonra başa düşdüm ki, ona heç xoş olmayan xatirələrin təsirindəndi.
Özünü toplayıb ölümdən necə qurtulduğunu danışdı: "Dərmandan sonra sanki dəli olmuşdum. Bütün bədənim səpdi, çox dəhşətli ağrılar hiss edirdim. Ailəmə yalvarırdım ki, məni öldürmək istəyirsizsə, öldürün. Amma elə edin ki, bu qədər ağrı çəkməyim. Mənə zorla hansısa kağızlara imza atdırdılar ki, guya mən öz uşağımı internat məktəbinə vermək istəyirəm. Uşağımı əlimdən aldılar. Ondan sonra evdə yas etdilər ki, guya mənim uşağım ölüb və uşağımın ölümünə görə dəli olmuşam. Heç bilmirdim hansı halıma yanım.

Bundan sonra qardaşım iş yerimə gedib, dəli olduğum üçün işləməyəcəyimi dedi. Mənə uşağımın hansı internatda olduğunu da demirdilər. Səhər açılandan axşam düşənə qədər işim-gücüm onlara yalvarmaq idi. Hər gün ağlayırdım, özümü öldürürdüm ki, uşağımın yerini mənə desinlər. Amma heç bir söz deyən olmurdu. Qardaşım deyirdi ki, bunun çıxışı yoxdu. Uşağının yasını bitirək, növbəti yas mərasimi sənindi. Səni də sağ qoymayacam. Hamı məni öldürməklə hədələyirdi.

Bir gün evdə başları qarışıq olan zaman şəxsiyyət vəsiqəmi cibimə qoydum və qaçdım rəfiqəmin evinə. O qədər qorxurdum ki, elə hey rəfiqəmə "qardaşım hasardan tullanacaq, məni öldürəcək" deyirdim. Onun qorxduğunu hiss edirdim. Amma məni təsəlli verirdi. Rəfiqəmin də öz ailəsi, öz güzaranı var idi. Narahat idim ki, ona kimsə nəsə deyər. Amma özüm də çarəsiz idim. Düşündüm ki, qardaşım onlara ziyan vurar. Ondan xahiş etdim ki, mənə başımı soxmağa yüngül bir ev tapsın. Bir də iş tapıb öz həyatımı yoluna qoymaq istəyirdim.
Yeni həyata başlamalıydım, amma heç bilmirdim uşağım olmadan səhərlərim necə açılır, gecələrim necə düşür. Bir müddət belə ruh kimi yaşadım..."

Uşağın olduğu internat evini tapır, amma...

Səidə Rəhimova danışdıqca öz-özümə düşünürdüm ki, görən, digər həmsöhbətlərim kimi, o da ailəsini bütün baş verənlərə rəğmən bağışlayacaqmı?

Elə bu düşüncələrimi sanki eşidib tez-tələsik cavab verdi: "Mən heç vaxt ailəmi bağışlamayacam. O dünyada belə, iki əlim onların yaxasında olacaq. Onlar məni uşağımdan ayırıb bu dünyada mənə cəhənnəm yaşatdılar. Səhvlərim çox böyükdür. Ailəmin məni bağışlamasını istərdim, amma bağışlamasa da, ən azından uşağıma dəyməzdilər.
Çətinliklə uşağımın olduğu internatı tapmağa nail oldum. Öyrəndim ki, uşağımı başqa bir ailəyə övladlığa veriblər. İndiyə qədər bilmirəm həmin ailə hardadır və uşağım necədir...

Hazırda işləyirəm. Hər dəfə uşağımdan yeni bir məlumat ala bilərəm deyə internat evinə gedib-gəlirəm. Hələ bir yeni xəbər yoxdur. Yenidən öz ayaqlarım üstündə durmağa çalışıram. Bir qadını, bir insanı ailəsinin öldürməyə çalışmasını, bu vəziyyətdə keçirdiyim hissləri ifadə edə bilmirəm. Məni bu həyatda daha heç nə qorxuda bilməz. İtirəcəyim heç nə qalmayıb, başa düşürsüz?... Sadəcə övladımı istəyirəm.
Onu tapacam və kölgəmə belə bel bağlamadan həyatımı uşağımla birlikdə yenidən quracam. Mən xeyli çətinlikləri aşmışam. Artıq həyatdan daha bərk yapışmışam".

Qadın olsun, kişi olsun, bir səhvə görə ailələr, doğmalar yığışıb ona əzab-əziyyət verməlidirlərmi? Bir ananın övladını kim əlindən ala bilər? Kimin buna haqqı çatır? Axı, məsələnin hüquqi tərəfi də var...
Mövzunu diqqətdə saxlayacağıq.
(Teleqraf)

Xəbərlər     Baxılıb: 2800   Tarix: 11 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

kosmetika mehsullari makiyaj etmek qaydalari geymler 2026 qız bürcü sağlamlıq xəbərləri ərzaqlar boşanma səbəbləri kosmetika bahar xanim.az big.az sac duzumleri ariqlamaq