"Tələbələrin istəyi ilə çağırılıb" - Universitetdən açıqlama
Ötən gün müğənni Afaq Aslanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təşkil olunan konsertdə çıxışı müzakirələrə səbəb olub. İfaçının Novruz şənliyində tələbələrin qarşısına açıq-saçıq geyimdə çıxması narazılıqla qarşılanıb və sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.
"Qafqazinfo" mövzu ilə bağlı ADNSU ilə əlaqə saxlayıb. Universitetin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, A. Aslan tələbələrin istəyi ilə tədbirə dəvət edilib:
"Hər il universitetdə bayram şənlikləri təşkil olunur. Konsert proqramı tədbirin bir hissəsini təşkil edib. Biz bunun üçün təşkilatçı şirkətə müraciət etmişik. Həmin şirkət müəyyən müğənnilərin siyahısını hazırlayıb və Tələbə Həmkarlar Komitəsinə təqdim edib. Tədbir iki hissədən ibarət olub. Birinci rəsmi, ikinci isə konsert.
Afaq Aslan ikinci hissədə iştirak edib. Həmin şəxsin xarici görünüşü ilə bağlı onu deyə bilərəm ki, o geyimdə televiziya və digər mətbuat orqanlarında da çıxış edib. Sənətçilərin səhnə geyimləri bir qədər fərqli olur. Afaq Aslanı universitet yox, Tələbə Həmkarlar Komitəsi və konsert təşkilatçıları konsertə dəvət edib. Onlar da tələbələrin istəyini nəzərə alaraq belə addım atıblar. Konsertdə təkcə Afaq Aslan yox, muğam və digər musiqi növünün nümayəndələri də çıxış ediblər".
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bağırsaqların "düşmən"i olan QİDALAR
Tavanız bu vəziyyətdədirsə, dərhal atın
Məşhur müğənni qumarxana çıxışında GÜLLƏLƏNDİ
Gündəlik nə qədər D vitamini qəbul etməliyik?
Təbiətdə pulsuz yetişən bu möcüzə vücudu başdan-ayağa yeniləyir
Ən riskli yaş açıqlandı: Kartof yeyərkən iki dəfə düşünün