Telefonların radiasiya yaymasına aydınlıq gətirildi
Məişət texnikası və mobil telefonlar radiasiyaya məruz qalma baxımından insanlar üçün təhlükəsizdir.
Bu barədə Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi, nüvə energetikası və sənayesi veteranı Aleksandr Koldobski məlumat verib.
"Əgər siz radiasiya təhlükəsizliyini nəzərdə tutursunuzsa, deməli müzakirə olunacaq bir şey yoxdur. Məişət texnikasını elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi baxımından müzakirə etmək daha məntiqlidir. Lakin radiasiya təhlükəsizliyi baxımından bu, tamamilə mənasız bir işdir", - deyə Koldobski bildirib.
O, qeyd edib ki, smartfonlarda radiasiya yoxdur.
"Bu cihazlar radioaktiv deyil, elektromaqnit şüalanmaya malikdir. Lakin bu da sağlamlıq üçün zərərlidir. Uzun illər radar stansiyalarında işləyən insanlar bəzən sonrakı on illər ərzində əlil qalırlar",- deyə alim vurğulayıb.
Milli.Az /news.milli.az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
"Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim
"Vanlı Kara Haydar"ın işindən xəbər var
Zabitə Alıyevanın toyudur - Fotolar