Temperatur mənfi 30 dərəcə,dizə qədər qar - Əsgərlər həm soyuq, həm də düşmənlə mübarizə aparır
Türkiyə İraq sərhədində yerləşən Kato dağlarında türkiyəli hərbçilər ağır hava şəraiti altında xidmət edir.
Metbuat.az-ın məlumatına görə, hazırda bölgədə temperatur mənfi 30 dərəcə, qarın hündürlüyü isə bir metrə çatır.
Əsgərlər bu şəraitdə soyuqdan qorunmaq üçün bəzən hətta qarın altına sığınır. Qeyd edək ki, strateji önəmə sahib Kato dağları PKK terrorçularının Türkiyəyə əsas keçid məntəqələrindən biri idi. Lakin Türkiyə ordusunun əməliyyatları nəticəsində bölgənin 80 faizi hərbçilərin nəzarətinə keçib.