"Tənbəl gözdibi": 6 yaşa kimi diqqətli olun - Kor olma ilə nəticələnir

Ambliopiya - gözdən birinin tam və ya 90% görmə qabiliyyətini itirməsi ilə nəticələnən göz dibi xəstəliyi olub, kiçik yaşlardan, hətta yeni doğulmuş uşaqlarda  başlayır.
Son zamanlar Azərbaycanda geniş yayılmış ambliopiya haqqında Bioloji Təbabət klinikasının oftalmoloqu Nuridə Məmmədəliyeva Medicina.az-a ətraflı məlumat verib:
"Anadangəlmə kataraktası olan körpələrdə aydın görmənin qarşısını aldığına görə, gözün biri işlək vəziyyətdə olmur. Gözdibi hüceyrələri işləmədiyinə görə "yatmış" vəziyyətdə olur.
Uşağın gözündə zəiflik varsa, bu zəiflik irəliləyir və vaxtında eynək vasitəsilə korreksiya olunmayıbsa, bu zaman göz yenə də aydın görüntü vermir və gözdibi hüceyrələr yatır. Baş beyinə siqnal ötürülmədiyindən, beyin bu gözü sanki "söndürür".  Bu dəyişiklikləri yalnız oftalmoloji müayinədə görmək mümkündür. Çünki ambliopiyanı valideynlər gözə baxaraq bilmir, kosmetik olaraq heç bir fərq yoxdur. Uşaq da danışa bilmədiyindən izah edə bilmir. Hətta böyüdükcə, bir gözü aydın görməsə də, getdikcə zəifləsə də elə biləcək ki, belə də olmalıdır. Tək gözün hesabına uşaq özünü idarə edir. Amma müayinə olunduqda məlum olur ki, digər gözdə 10 faiz də görmə yoxdur.
Yüksək dərəcəli hipermetropiya - uzaqdan görmə sindromu həm çəplik, həm də ambliopiya verir. Ona görə uzaqdan görmə xəstəliyində də müayinə, eynəklə korreksiya vacibdir.
Burda əsas məsuliyyət valideynlərin üzərinə düşür. Xüsusən yarımçıq doğulmuş, bətndaxili qüsurları olan uşaqların gözü mütləq ciddi yoxlanmalıdır. Əslində hər yeni doğulmuş körpənin mütləq göz dibi yoxlanmalıdır.
İnsanın görmə analizatoru 9-11 yaşa kimi tam inkişafını bitirir. Ona görə 9 yaşdan sonra ambliopiyanın müalicəsi mümkün deyil və effektsizdir. Valideynlər uşaqların görmə orqanlarına biganə qalmayaraq, mütləq doğumdan sonra ilk 3-6  ayda uşağın gözlərini yoxlatmalı, sonra ildə bir dəfə oftalmoloqa göstərməlidirlər. Əgər problem çıxırsa, mütləq eynək korreksiyası edib, oftalmoloq nəzarətində olmalıdır.  
Çəpgözlüyü olan uşaqlarda da göz alması tam yerində olmadığına görə göz dibinə təsir edib ambliopiya verə bilər. Ona görə çəplik mütləq körpə yaşlarında həll olunmalıdır ki, ağır görmə pozulmasına gətirib çıxarmasın. Hazırda Azərbaycanda körpələr üzərində uğurlu çəpgözlüyün korreksiyası əməliyyatları icra olunur.
Ambliopiyanın müalicəsi - yalnız eynək korreksiyasıdır. Yəni çalışmaq lazımdır ki, göz dibi yatmasın. Bu da 3 yaşına kimi həll olunmalıdır. Göz dibi yatdısa, 18 yaşdan sonra lazer əməliyyatı, torlu qişa əməliyyatları kömək etmir. Yalnız göz dibi işlək vəziyyətdə olan uşaq eksimer lazer əməliyyatı ilə eynəkdən azad olunur.
Təəssüf ki, ambliopiya diaqnozunu son vaxtlar çox qoyuruq. Çünki uşaqlar arasında ümumilikdə göz xəstəlikləri çox yayılıb. Normal gözdə ambliopiya olması mümkün deyil. Uşaqların göz problemləri bətndaxili inkişafdan başlayır. Artıq bətndə ikən buynuz qişanın inkişafı düzgün getmir. Buynuz qişa ya həddən artıq nazik, ya həddən artıq qalın olursa, onun şüasındırma qabiliyyəti qüsurlu olur.
Bunu da müasir dövrdə qida, genetika, ekoloji, xarici faktorlar, bəzənsə telefon, elektromaqnit şüaları da əlaqələndirirlər. Ona görə valideynlər düşünməsin ki, körpə uşaqdır gözündə nə olacaq  və ya əvvəl uşaqları göz həkiminə aparmırdılar. Məndə yoxdur, nəsildə yoxdur, uşaqda da olmaz.  Artıq belə düşüncələr özünü doğrultmur. Hazırda müasir aparatlar ən xırda qüsurları belə vaxtında aşkar edir. Sadəcə bu işdə yubanmaq olmaz. 6 yaşa kimi ambliopiyanın müalicəsi aparılmalıdır. Təcrübəmdə çox olub ki, gecikmiş formada gətiriblər. Bizim klinikada plioptika məşqləri proseduru var. Aparat vasitəsilə əvvəlcə görmə itiliyini artırmağa, ondan sonra korreksiya verməyə çalışırıq. Əgər eynəyə müsbət cavab verirsə, bu, çox yaxşıdır. Bioloji tənzimləyici preparatlardan xüsusi preparatlar var ki, tərkibində heyvanın görmə toxumasından alınmış maddələrdir ki, göz dibini stimulyasiya edir. Gözün özünü müdafiə sistemini işə salır.
Ağır dərəcəli ambliopiyada müalicə çox çətindir. Bəzən olur ki, ümumiyyətlə korreksiya vermək olmur. Tamam yatmış göz dibini oyatmaq mümkün olmur və  göz kor olur".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1095   Tarix: 04 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

gelinlikler yay geyimləri 2026 hamilelikde qidalanma hamiləlikdə axıntı yuxuyozma hicab baglama usullari toy paltarlari 2026 kosmetika baldiza aid hakisda qaynana hakista baliq burcu haxisda burclerin uyumu