Tənginəfəs olursunuzsa, bunu oxuyun

Tənginəfəs olursunuzsa, bunu oxuyunYay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. Təmiz havaya çıxanda belə hava çatışmır kimi hal yaşaya bilərsiniz.
Milli.Az axşam.az-a istinadən bildirir ki, tənginəfəslik ağciyər emfizemasının göstəricisidir. Ağciyər emfizeması zamanı ağciyərin toxumalarının hərəkətliyi düşür, havalılıq yüksəlir. Emfizema zamanı ağciyərdəki hava kisəcikləri gərilib genişlənir. Bu zaman hava kisəciklərini bir-birindən ayıran incə divarlar cırılır. Bu da ağciyərin elastikliyinin pozulmasına gətirib çıxarır. Beləcə, ağciyərdə qan və hava tarazlığı pozulur.
Ağciyər get-gedə genişlənir, solur və daşlaşır. Ağciyərin funksiyasının bu cür pozulması digər orqanlara da mənfi təsir göstərir. Xəstədə qan çatışmazlığı aşkarlanır. Burada həmçinin genetik faktorlar da əsas rol oynayır, yəni əgər nəsildə kimdəsə vərəm və ya başqa ağciyər xəstəlikləri olubsa, bu irsən ötürülür. Bəzən yaşlı insanlarda da bu xəstəliyə tez-tez rast gəlmək mümkündür. Bu soyuqdəymə, qrip nəticəsində əmələ gəlir. Buna görə də yaşlı insanlara qripəleyhinə peyvənd etdirmək məsləhətdir.
Xəstəliyin məkanı: ağciyər, bronxlar, tənəffüs yolları.
Əgər səndə döş qəfəsinin formasını dəyişməsi, çətin nəfəsalma, qabırğaarası məsamələrin genişlənməsi, xırıltı səsi, ürəyin küt nahiyəsinin kiçilməsi, halsızlıq, yorğunluq, bəlğəmli öskürək varsa, fiziki iş qabiliyyətin günü-gündən aşağı düşürsə, üzün və əllərin tez-tez göyərirsə, demək, sən ağciyər emfizemasının əsarətindəsən.
Səbəb nədir:
Xəstəliyin yaranmasının əsas səbəbi xroniki bronxitdir. Siqaret çəkmək, spirtli içkilər içmək, havanın müxtəlif toz hissəcikləri ilə çirklənməsi, stress - xəstəliyin inkişafına təkan verən amillər sırasındadır. İnfeksion xəstəliklərə yoluxmaq da ağciyər emfizeması əmələ gətirir. 
Kimlər risq altındadır?
· İmmuniteti zəif olanlar
· Qapalı, oturaq iş rejimində və kompüterdə çalışanlar
· Spirtli içki, siqaret və narkotika aludəçiləri
· Nəfəs musiqi alətlərində çalanlar
· Pəhriz saxlayanlar
· Tez-tez qripə yoluxanlar
Xəstəliyin dəhşətli fəsadları:
İnsanlar arasında belə bir adət var ki, öskürək, boğulma olanda bunu soyuqdəymə, qrip, boğaz ağrısı ilə əlaqələndirirlər. Buna görə də tövşüməyə, nəfəs çatışmazlığına önəm vermirlər. Ona görə də bu irəliləyərək xəstəliyə - ağciyər emfizemasına çevrilir. Müalicənin gecikdirilməsi ürək çatışmazlığına gətirib çıxarır. Uzun illər müalicə aparılmadıqda isə xəstəlik ölümlə nəticələnə bilər. Yaşlılarda bu bədxassəli şişə çevrilir.
Diqqət! Diqqət!
Ağciyər emfizemasının vərəmə keçmə riski böyükdür. Əgər evdə bu xəstəliyin ağır formasından əziyyət çəkən varsa, ailənin digər üzvləri də müayinədən keçməlidirlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1050   Tarix: 10 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

sac duzumleri makiyaj instagram yemek reseptleri gil maskalari sineye qulluq cemli piroq yay paltarlari kosmetika hüzeyir hacibəyov baldiza aid hakisda qadin.az vətənə aid bayatılar laylalar