Təranə Qumral özünü öldürmək istəyir - İŞƏ POLİS QARIŞDI
Müğənnilər Nazənin və Təranə Qumral arasındakı qalmaqal bitmək bilmir.
Axşam.az-ın məlumatına görə, bu dəfə Təranə Nazəninlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. Bu haqda əməkdaşımızla söhbətində Nazəninin vəkili Heyrat Qarayev deyib.
O bildirib ki, T.Qumral ərizəsində Nazənin və onun həyat yoldaşı Məhəbbətdən şikayət yazıb:
"Təranə İbrahimova ərizəsində bildirib ki, özünü öldürmək dərəcəsinə çatıb. Amma onun bu şikayəti araşdırılıb və əsassız olduğu üçün qəbul edilməyib".
Vəkil Qumralın məhkəmədə uduzduğu 3500 manatı ödədiyini deyib:
"Məhkəmə qətnaməsi Təranə İbrahimova (Qumral) tərəfindən tam icra olunmayıb. Hazırda iş Bakı Apellyasiya Məhkməsindədir. Təranə İbrahimova Nazənin və Məhəbbətdən üzr istəməlidir. Hazırda bununla bağlı icra məmuru müvafiq tədbir görür. Məhkəmənin qərarını yerinə yetirmədiyi üçün min manat dövlətə pul ödəməlidir. Ödənməyib.
Bu günlərdə onun avtomobilinə həbs qoyuldu. Ondan sonra gətirib 3500 manat təzminatı ödəyib. Amma ölkədən çıxışına qoyulan qadağa qüvvədədir.
Qətnamələr icra edilmədiyi üçün Ədliyyə Nazirliyinə göndərilib. Hazırda onların nəzarətindədir. Araşdırma aparılır. Qısa müddətdə qətnaməni icra etməsə, cinayət işinə cəlb ediləcək".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin