Təşviş, bədbinlik gələn kimi nə etməli? - 10 dəqiqəlik metod

Təşviş, bədbinlik gələn kimi nə etməli? - 10 dəqiqəlik metodHəyəcan, təşviş, qorxu, bədbin fikirlər, şübhələr, təşviş pozuntusu, əsəb, gərginlik, fikir - anidən heç nədən gəldiyi kimi gedir və ya tez-tez insanın beyninin, ürəyinin qonağı olur.
Bu gün insanlıq Serotonin - xoşbəxtlik hormonu uğrunda mübarizə aparır. Çünki bu gün bizə lazım olan budur.
Milli.Az təşviş, ani bədbinlik ruh halı ilə cəmi bir neçə dəqiqəyə mübarizə aparıb, fikri dəyişməyin asan yolunu təqdim edir. Qeyd edək ki, bu metod sınanıb.
Serotonini artırmaq üçün beyin sakit olmalı, xoş düşüncələr daha çox olmalı, buna bağlı olaraq bağırsaqlar düzgün işləməli, həzm normal getməli və siz sağlam, dadlı qidalar yeməlisiz.
Əgər günün hansısa saatında sizi təşviş bürüdüsə, belə edin.
Dərhal küçəyə, sakit bir yerə çəkilib gəzin və ətrafda baş verən hadisələrə, əşyalara, insanlara baxın. O an orda olun.
Sonra beyninizdə bu vaxta kimi həyatınızda və indi təşəkkür edəcəyiniz səbəblər sadalayın.
Bu sizin ailəniz, işiniz, valdeyniniz, sevginiz, eviniz, uşaqlarınız, əliniz, ayağınız, gözünüz, cibinizdəki pulunuz, ürəyiniz, nəfəsiniz- ağlınıza nə gəlirsə, nə qədər bacarırsız, sadalayıb, buna görə ürəkdən şükr və minnətdarlıq bildirin.
Yaxşı olar ki, konkret olaraq 20-30 səbəb tapasız.
Küçədə gördüyünüz hər bir gözəlliyə, ağaclara, insanlara, günəşə, kollara, mavi səmaya görə şükr edin. Minnətdar olmalısız ki, indi bu an öz ayaqlarınız üzərində gəzərək, bu mənzərəni gözlərinizlə seyr edirsiz. Halbuki sizin bu halınızda, yerinizdə olmaq istəyən minlərlə insan var.
Yaddaşınızın ən dərin qatlarından həyatınızın ən kicik uğurlarını, nemətlərini tapıb çıxarın, onlara görə şükr edin. Bunları kiçik bloknota da yaza da bilərsiz.
Görəcəksiz ki, siz düşündüyünüzdən də yaxşı vəziyyətdəsiz və heç də beyninizin diktə etdiyi kimi qorxulu deyil.
Beyninizi bu fikirlərlə 5-10 dəqiqə məşğul etdikdə, təşviş size tərk edəcək.
Bu məşqlər serotonini də artırır. Bir də təşvişə düşən kimi mütləq şirin bir qida və ya şirin çay için. O da kömək edir.
Əsas odur beyinin fikirlərinin yönünü dəyişəsiz. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 922   Tarix: 10 dekabr 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

kosmetoloq geymler 2026 qadın geyimi kök suyu uşaqlara yemək hazırlama xalq mahnilari sozleri murebbeler kosmetika veten baldıza aid hakışta paxlava maraqli hakistalar aybawi