Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - Səbəb

Təyyarədə çay içməyin, əllərinizi də YUMAYIN - SəbəbTəyyarələrdə istifadə olunan kran suyunun sağlamlıq üçün ciddi risklər daşıdığına dair yeni araşdırma səyahətçilər arasında narahatlıq yaradıb. Alimlər dünyanın aparıcı aviaşirkətlərinə məxsus təyyarələrdəki suda nəcis mənşəli bakteriyaların aşkarlandığını bildiriblər.
Milli.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, genişmiqyaslı tədqiqat uçuş zamanı çay və qəhvə kimi isti içkilərin belə təhlükəli ola biləcəyini üzə çıxarıb. Mütəxəssislər sərnişinlərə yalnız butulkada olan sudan istifadə etməyi, eləcə də təyyarə kran suyu ilə əlləri yumaqdan çəkinməyi tövsiyə edirlər.
Araşdırma "Qida, dərman və uzunömürlülük kimi" qeyri-kommersiya təşkilatı tərəfindən üç il ərzində aparılıb. Bu müddətdə 10 iri və 11 regional aviaşirkətə məxsus təyyarələrdən götürülən 35 mindən çox su nümunəsi laboratoriyada yoxlanılıb. Nəticələr göstərib ki, bir çox hallarda bu sular mədə-bağırsaq xəstəliklərinə səbəb ola biləcək dərəcədə çirklidir.
Mütəxəssislər xüsusilə tualetlərdəki gigiyenaya diqqət çəkərək bildiriblər ki, təyyarə çənlərində tez-tez patogen mikroorqanizmlər olur. Bu səbəbdən sərnişinlərə ən azı 60 faiz spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə etmək tövsiyə olunur.
Araşdırma çərçivəsində suyun keyfiyyəti 5 ballıq şkala üzrə qiymətləndirilib. Çirklənmə və qaydaların pozulmasına görə aviaşirkətlər bal itirib. Delta və Frontier ən yüksək - "A" qiyməti alıb. Southwest Airlines "C" dərəcəsi ilə orta səviyyədə qərarlaşıb. American Airlines, JetBlue və Spirit isə "D" risk qrupuna daxil edilib. Regional daşıyıcılar arasında Mesa Airlines "F", Republic Airways isə "D" ilə ən zəif nəticə göstərib.
Laboratoriya analizləri içməli suda qətiyyən olmamalı mikroorqanizmlərin mövcudluğunu da üzə çıxarıb. Nümunələrin 2,7 faizində koliform bakteriyaları, 21 aviaşirkət üzrə ümumilikdə 32 halda isə bağırsaq çubuğu aşkar edilib ki, bu da ciddi nəcislə çirklənməyə işarə edir.
Qeyd edək ki, ABŞ-da hələ 2011-ci ildə Təyyarədə İçməli Su Qaydaları qəbul edilib və aviaşirkətlərdən çənləri ildə dörd dəfə təmizləmək tələb olunur. Lakin hesabat müəllifləri EPA-nın bu qaydalara əməl olunmasına görə nadir hallarda real cərimələr tətbiq etdiyini vurğulayırlar.
Aviaşirkətlər isə təhlükəsizliyin prioritet olduğunu bildirirlər. American Airlines daxili yoxlamalarda ciddi pozuntu aşkarlanmadığını, JetBlue artıq butulkada suya keçdiyini, Spirit isə təmizlik sistemlərini daim yenilədiklərini açıqlayıb.
Buna baxmayaraq, alimlər sərnişinlərə risk etməməyi məsləhət görürlər. Onların sözlərinə görə, təyyarədə çay və qəhvə üçün istifadə olunan su eyni çənlərdən götürülür və çox vaxt bakteriyaları tam məhv edəcək temperaturda qızdırılmır.
Hüseyn
Milli.Az

Xəbərlər     Baxılıb: 1018   Tarix: 12 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

sade makiyaj sekilleri qadin sayti geymler 2026 salatlar və qəlyanaltılar aliment almaq yay donlari 2026 qadin ve kisinin seksi kosmetika novruz hakışdaları video tərəzi bürcü şəkərbura rus dilini öyrənək 2 ci dərs