Tez-tez acmağınızın səbəbi
İnsanlar özlərini yalnız hiss etdikləri və ya hansısa daxili narahatlıq duyduqları zaman bu boşluğu yeməklə doldurmağa üstünlük verirlər.
Milli.Az xəbər verir ki, bu hiss emosional aclıq adlanır.
Əvvəlcə onu qeyd edək ki, bu da bulimiya xəstəliyinin bir növüdür. Bəzən problemin həlli üçün psixoloqa müraciət etmək lazım gəlir.
Emosional aclıq ilə fiziki aclığı bir-birindən necə ayırd etmək olar?
Emosional aclıq anidən ortaya çıxır və siz həmin an nəsə yeyib o hissi yox etmək istəyirsiniz. Fiziki aclıq isə yavas-yavaş yaranır. Emosional aclıqda mədə doysa belə, yenə də özünüzü ac hiss edirsiniz.
Əgər yemək yemək istəyi yaranıbsa bir dəqiqə dayanın və özününzə həqiqətən ac olub- olmadığınız barədə sual verin. Əgər cavab "yox" isə, bir stəkan su için və gözləyin. Əgər sualın cavabı "hə" olarsa o zaman aclıq hissinizi dəyərləndirin. Eyni zamanda son yemək saatını xatırlayın. Əgər son yeməyin üzərindən 3-4 saatdan artıq vaxt keçibsə, bu fiziki aclıq ola bilər. Emosional aclığın qarşısını almağın digər yolu isə yeni məşğuliyyətlər tapmaqdır.
Həmişə sağlam və balanslı şəkildə qidalanmağa çalışın. Gün ərzidə 4 - 5 dəfə yemək yeyin. Ən vacibi isə səhər yeməyini yeməyi unutmayın. Qida rasionunuzda kəpəkli taxıllar, tərəvəz, meyvə, yağsız zülal və az yağlı süd məhsullarının olmasına diqqət yetirin. Mütəmadi idmanla məşğul olun, təmiz havada gəzin. Yuxunuza diqqət edin. Çünki, yuxusuzluq da emosional aclıq yarada bilir. /Axşam.az
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi