"Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"
Tez-tez təkrarlanan soyuqdəymənin gözlənilməz səbəbi açıqlanıb.
Milli.Az "Deia" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı həkim David Callejo diş fırçasının infeksiyaların yenidən qayıtmasına səbəb ola biləcəyini bildirib.
Onun sözlərinə görə, soyuqdəymə, ishal və ya ağız boşluğu infeksiyası zamanı diş fırçasının tükləri arasında bakteriya və viruslar qalır və çoxalır. Həkim fırçanı patogenlər üçün "dəbdəbəli hotel" adlandırıb.
Mütəxəssis vurğulayıb ki, xəstəlikdən sağaldıqdan sonra diş fırçası dəyişdirilməzsə, residiv - yəni xəstəliyin yenidən baş qaldırması mümkündür. Çünki qalan mikroorqanizmlər orqanizmə təkrar daxil olaraq infeksiya yarada bilər.
Bundan əlavə, diş fırçalarının eyni qabda, digər ailə üzvlərinin fırçaları ilə birlikdə saxlanılması yoluxma riskini artırır. Həkim infeksiyadan sonra köhnə fırçadan istifadəni "duşdan sonra çirkli alt paltarı geyinməyə" bənzədib.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO