"Tibbi göbələklər" faydalıdır, immuniteti möhkəmlədir - ALİMLƏR
Əsrlərdir şərq təbabətində istifadə edilən reyşi, meytake, şitake adlı göbələklər hətta xərçəngə qarşı belə effektiv hesab olunur.
Dünyada bu göbələklərdən müxtəlif BAD-lar satılır və immuniteti möhkəmləndirməsi barədə reklam olunur. Lakin bütün bunların elmi-tibbi sübutu yox idi.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Avstraliya Universitetinin alimləri laboratoriyada məhz bu göbələklərin insan qanında yaratığıdı dəyişiklikləri izləyib. Məlum olub ki, bu göbələk ekstraktlarından kokteyl makrofaq və immun hüceyrələrin aktivliyini artırır, təhlükəli mikrob və bakteriyaları zərərsizləşdirir.
Bu göbələyin qəbulundan sonra qanda çitokinlərin qəfil yüksəlməsi müşahidə olunub. Bu da immun sistemin stimulyasiyası deməkdir.
Bununla qədim şərq təbabəti və Çin təbabətinin bu göbələklərdən xəstəliklərin müalicəsində istifadəsinin əsassız olmadığı sübut olundu.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir