Tiflis onlara qadağa qoyur, bizdə isə... - Professor

Tiflis onlara qadağa qoyur, bizdə isə... - ProfessorBir neçə gün öncə Gürcüstanda Həkimlik Fəaliyyətinin İdarə Olunması üzrə Dövlət Agentliyi 6 həkimin fəaliyyətindəki qüsurlar səbəbindən lisenziyasının ömürlük ləğv edildiyi və həkimlik fəaliyyətlərinə son qoyulduğu barədə məlumat yaymışdı.
Məlumatda qeyd olunurdu ki, həkimlik fəaliyyətinə qadağa qoyulmasına səbəb onların səhlənkarlığı nəticəsində xəstə ölümlərinin baş verməsidir.
Azərbaycanda analoji cəzadan niyə istifadə edilmir? Ölümə səbəb olan həkim hətta şərti cəza müddətində belə həkimlik fəaliyyətini necə davam etdirir?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, Azərbaycanda həkimlərə fəaliyyət göstərmələri üçün 5-10 illik lisenziya verilir:
"Həmin lisenziyanın müddəti bitdikdən sonra onun bu illər ərzindəki fəaliyyəti yoxlanılır. Həmçinin onun nə qədər əməliyyat etməsi, hansı prosedurları icra etməsi, haqqındakı rəy, nə qədər konfranslarda iştirak etməsi və s. nəzərə alınmaqla yenidən lisenziya verilir.
Düzdür, hazırda ölkəmizdə yalandan reklam edilmək, dələduzluq və s. hallar çoxdur. Bəziləri bu sahədəki qanun boşluğunda sui-istifadə edirlər. Bütün bu hallara nəzarət edilməsi üçün sistem olmalıdır. Biz beynəlxalq praktikaya, qanunlara uyğunlaşmalıyıq ki, sivil nəzarət həyata keçirilə bilsin. Qərbin standartlarını qəbul etməsək, bizdə bu sahədə heç bir ədalətdən söz gedə bilməz. Birinci növbədə İcbari Tibbi Sığorta olmalıdır və həkimlərin peşəkar fəaliyyəti üçün şərait yaradılmalıdır. Yoxsa şou verilişində bəzi həkimləri efirə çıxardılıb, "dünyanın bir nömrəli həkimi" kimi reklam edirlər. Burada hansı ədalət ola bilər? Onlar efirlərə özünü reklam etmək, korporativ maraq üçün çıxır. Həkim fəaliyyətinin izlənməsi məsələsi bu maraqların altında olmalıdır. Əgər korporativ maraq, təmənna hər şeyi üstələyirsə, mizan pozulur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1288   Tarix: 17 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

aksessuarlar adlarin menasi reseptler ureyin isemik xestelikleri hamilə qala bilmək əlibala hacızadə hamilə qadın kosmetika qurd xəstəliklərinə qarşı mualicə uşaq şeirləri cinsi əlaqə sevda qiz evi ucun