Toksokaroz

ToksokarozToksokaroz helmintoz xəstəlikdir. Xəstəliyi Toxocara helmintləri törədir. Toksokaroz 10 yaşınadək uşaqlarda rast gəlinən xəstəlikdir. Toxokara helmintlərinin yumurtaları xəstə heyvanla oynayan uşağın bağırsağına düşür, orada çoxalaraq qan vasitəsilə bütün orqanizmə yayılırlar. Parazitə yoluxan uşaqlarda ən çox qaraciyər və ağciyərlər zədələnir. Parazitlərin çoxalması ilə onun orqanizmdə əmələ gətirdiyi patologiyalar artır. Belə ki, bir müddət sonra uşağın böyrəklərində, ürəyində də müəyyən patoloji dəyişikliklər baş verir.
Xəstəlik uşaqlara it və pişiklərdən keçir. Parazitlər uşaqların orqanizminə daxil olub təhlükəli xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilirlər.
Xəstəliyin kliniki şəkli yoluxan insanın immun sisteminin möhkəmliyindən çox asılıdır. Toksokaroz xəstələrdə aşağıdakı əlamətləri verir:
- dəridə qaşıntı, ekzema
- qızdırma
- qaraciyərdə böyümə
- limfa düyünlərində böyümə
- qarın ağrısı
- həzm pozğunluğu
- ürəkbulanma
- qusma
- ishal və s.
Parazitlər orqanizmdə artıb çoxaldıqca göz xəstəliklərinə, hiperaktivliyə, nevrotik pozulmalara, hətta qıcolmaya səbəb ola bilir. Xəstə yavaş-yavaş görmə qabiliyyətini itirir və gözün giləsinin yanında sarı ləkə əmələ gəlir. Vaxtında həkimə müracət edilmədikdə parazitlər korluğa səbəb ola bilirlər.
Diaqnoz:
Toksokarozun diaqnozu xəstəliyin ümumi əlamətlərinə və seroloji müayinələrin nəticələrinə əsasən qoyulur. Diaqnozun qoyulmasında əsas rollardan birini gözün müayinəsi təyin edir.
Müalicə:
Xəstəliyin müalicəsi həftələrlə, hətta bəzən aylarla aparılır. Helmintlərə qarşı mübarizə aparmaqla yanaşı xəstəliyin əmələ gətirdiyi simptomları da aradan qaldırmaq üçün həkimin bütün göstərişlərinə dəqiq əməl eləmək lazım gəlir. Müalicə zərər görmüş orqanların da həyat fəaliyyətini bərpa etmək məqsədi daşıyır. Orqanizmdə toksoparoz əmələ gətirən parazitlərin kökü kəsilənə qədər müalicə kursu davam etdirilir.
Profilaktikası:
Profilaktika məqsədi ilə valideyinlərə uşaqların gigiyenası ilə diqqətli məşğul olmaq tövsiyə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1863   Tarix: 25 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

gözəllik məhsulları yay kolleksiyasi sade makiyaj sekilleri dirnaq berkiden maskalar aybasi geyimler 2026 seksual qadinlar kosmetika masqalar şəhid üzeyir hacıbəyli terezi novruz bayramına aid hakışta