Tolik: "Arvadları, anaları-bacıları Azərbaycanda yaşayır, özləri xaricdə oturub kişilikdən danışırlar"

Tolik: "Arvadları, anaları-bacıları Azərbaycanda yaşayır, özləri xaricdə oturub kişilikdən danışırlar"Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) İkinci Qarabağ Müharibəsində yaralanan əsgərimizlə danışıq tərzi son günlər ən çox müzakirə olunan məslələr sırasındadır. Onun "iPhone 12" mobil telefonunu tanımayan qazimizə "kül təpənə" deməsi qınağa səbəb olub. Bəziləri bunu təhqir kimi qiymətləndirir, bəziləri isə onun bu sözləri ərkyana işlətdiyini iddia edir. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Tolik həmin sözləri zarafatyana dediyini bildirib: "Bu aralar bir az nasazam, iki gündür evdən çıxmıram. Amma şükürlər olsun ki, COVİD deyil. Bilirsiniz, görünən bağa nə bələdçi? Həmin video mənim öz səhifəmdə var. O canlı yayım başdan ayağa mənim səhifəmdə yerləşdirilib. Başqa görüntülər də var, Əli ilə birgə olan videolarım hansı ki, Lənkərandan evlərindən mənə qutularla limon, naringi göndərir. Biz onunla zarafat edirik.
Bunu çox şişirtdilər, o vaxt 190 manat məsələsində də bir sözü götürüb belə şişirtdilər. Videodan kəsdilər özlərinə lazım olan hissəni yayımladılar. İndi də eyni şeyi edirlər. Şükür Allaha ki, mənim canlı yayımımı hər gün 5-6 min adam izləyir. Xalqımız gözü tərəzidir, hamı gördü ki, nədi nə deyil. Hər kəsə təşəkkür edirəm. Ən çox da buna sevinən müxalifətyönlü "kişiciklər" var, hansı ki, arvadları, anaları-bacıları Azərbaycanda yaşayır, özləri xaricdə oturub kişilikdən danışırlar. Onlar qurban olsunlar qazilərin atılan dırnaqlarına. Çünki onların analarını, bacılarının qeyrətini o qazilər, əsgərlər qorudular".
Prodüser bundan sonra da qazilərə, şəhid ailələrinə yardımları davam etdirəcəyini qeyd edib:
"Belə şeylər məni yıxa bilməz, mən hər zaman qazilərimizə dəstək oluram. Xalqın mənə göstərdiyi etimada arxalanıram və bundan sonra da yardımları edəcəyəm. Xalqın mənə dəstəyi çox xoş təəssüratlar yaratdı. Bir neçə gün bundan qabaq iki qazimizi canlı yayıma bağlamışdım, sağ olsun xalqımız onlara yardım üçün 3 min manata yaxın pul göndərdi. Onların biri Qaraçuxurda, digəri Maştağada yaşayır. Baxmayaraq ki, xəstəyəm, öz maşınımla da olmasa o qazilərimizin evinə gedib yığılan əmanəti onlara çatdıracağam. Hərəsinə çatası 1500 manatı verəcəyəm. Əgər xalq mənə etimad göstərirsə, bunu etmək mənim borcumdur. O qazilərin hərəsinin 19-20 yaşı var, bəlkə də vaxtında ailə qursaydım onlar yaşda övladlarım olardı, onların qulluğunda durmaq, xidmət etmək mənim borcumdur". /open.az

Şou Biznes     Baxılıb: 2398   Tarix: 06 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm

Türkiyəli məşhur müğənni Serdar Ortaçın ölkənin ən yaxşı kişi pop ifaçıları ilə bağlı açıqlaması gündəm olub. Müğənni ən yaxşı pop ifaçıları siyahısında Tarkandan sonra ikinci yerdə olduğunu eşidəndə bununla razılaşmayıb

.

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

.

Nuran yeni layihəsini təqdim etdi

Müğənni Nuran yeni layihəsini təqdim edib. . xəbər verir ki, sənətçi növbəti dəfə 200-ci illərin əvvəllərinə üz tutub. . O, müğənni Rəqsanə İsmayılovanın ifasında populyarlaşan "Günahından keçmərəm" mahnısına yen

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

turlar.az

toy makiyajlari hamiləlik qadin dunyasi körpələrdə süni qidalar sarımsaq imtahan həyəcanı tutun xeyri kosmetika baldiz hüzeyir hacibəyov sekis ağır itki seksual