Tolikin gizli görüntülərini əkiz bacılar yayıb? - VİDEO+18

Tolikin gizli görüntülərini əkiz bacılar yayıb? - VİDEO+18Prodüser Tarix Əliyevin (Tolik) gizli çəkilmiş videosu bir neçə gündür sosial mediada yayılmaqda davam edir.

"Xəzər" TV-də aparıcısı olduğu "Hər şey daxil" verilişində çəkilmiş videoda Tolik söyüş söyür, işçi heyətini təhqir edir. Üstəlik bu söyüşlər zamanı studiyada azyaşlı uşaqlar da var.
Görüntülərdə prodüser həmçinin əməkdar artist Röya Ayxana qarşı da təhqir səsləndirib. Röya isə sözügedən video ilə bağlı sosial şəbəkədə belə münasibət bildirib:

"Telefonum dağılır… Buradan hamıya cavab verirəm. Pərdəarxası hər şey olur, adam ən əzizinə belə əsəbdən "əşşi, qələt edir filankəs" deyərək reaksiya verir. Bir sözlə, bunu yayan adamın tərbiyədən, əxlaqdan nə qədər uzaq olduğu artıq aydındır. Unutmayın, elə adamlar var ki, siz onu ədəb-ərkanlı tanıyırsınız, amma pərdə arxasında… Onların yanında mən belə toya getməliyəm. Tarix Əliyev kef elə, ancaq hər yerdə diqqətli ol! Həmişə deyirdim, amma qulaq asmırdın, indi yəqin ki, çatdı niyə bunu deyirdim".

Tarix Əliyev də baş verən olaylar haqqında fikrini açıqlayıb:

"Sənin atılan dırnağını bəzi müğənnilərə dəyişmərəm. Mənim üçün kiminsə fikri önəmli deyil, nə düşündükləri də. Sənin mənə olan münasibətin, mənim isə sənə qarşı olan bitməyən sevgim və sadiqliyim bəsdir. Buradan müğənni cismində məxluqlara səslənirəm, o videonu səhifələrdə paylaşmaq üçün jurnalist dostlarıma yollayanlar, siz niyə kadrları özünüz öz səhifənizdə paylaşmırsınız ki? Qorxusunuz məndən? Bilirsiniz ki, sizə veriləcək cavabım var. Cavabım nəslinizin yeddi qatından keçər? Bədbəxtlər! Siz üzümə yalnız gülərək videonu jurnalistlərə göndərib paylaş deyə bilərsiniz. Çünki özünüzün hünəri çatmaz ki, paylaşıb hər hansı rəy bildirəsiniz! Yaxşı ki, başqa ad deməmişəm, o dəqiqə deyərdiniz onu söyür. Məgər, Röya adı bir dənədir? Bilmədən danışmayın, bəziləri kimi qazdığınız quyuya özünüz düşdünüz".

Yayılan söyüşdolu video telekanalda da narazılıqla qarşılanıb. Videogörüntülərin yayımından sonra müəyyən olunub ki, görüntülər telefonla deyil, fotokamera ilə lentə alınıb. Özü də konkret olaraq bir neçə deyil, bir proqramda çəkildiyi aşkarlanıb.

Hadisədə şübhəli bilinən "Hər şey daxil" verilişinin montajçısı və redaktorunun işdən qovulduğu bildirilir.

Həmçinin qeyd edək ki, məlum videonun müğənni bacılar - Sevil və Sevincin sifarişi ilə paylaşıldığı iddia olunur. Onlar Toliklə hazırda davalıdırlar. İddia edilir ki, bacılar telekanalda çalışanlardan bu görüntüləri alıb və mediaya sızdırıblar. Bununla verilişləri əlindən alınaraq Tolikə verilən əkizlər prodüserdən öz qisasını almağa çalışıb.

Məsələ ilə bağlı bacılar indiyədək heç bir açıqlama verməyiblər.

Xəbərlər     Baxılıb: 2416   Tarix: 23 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamilelikde qidalanma kosmetika mehsullari qadın geyimi kişi sonsuzluğu piodermiya nedir ana və uşaq razyana çayı kosmetika bayatı novruz bayramina aid hakista əfsanələr penis uşaq şeirləri