Toya hazırlıq zamanı 10 mühüm məqam

Toya hazırlıq zamanı 10 mühüm məqamToy hər birimizin həyatında çox vacib hadisədir. Nə qədər gərgin olsa da, onun verdiyi xoşbəxtliyi yaşamaq gözəl hissdir. Toy tarixini təyin etdikdən sonra hər bir günü dəyərləndirmək vacibdir. Toya hazırlıq üçün ediləcək işləri planlayaraq yerinə yetirin. "Gencaile.az" Aile.lent.az-a istinadən toya hazırlıq zamanı 10 mühüm məqamı nəzərinizə çatdırır.

Toy məkanınızı seçin və təşkilatçı şirkətlə görüşün

Xüsusilə yay mövsümündə ailə qurmağı planlaşdırırsınızsa, xəyalını qurduğunuz məkanlar indidən dolmuş ola bilər. Bu səbəbdən də tədbirli və sürətli davranaraq, toy məkanına dərhal qərar vermək faydalıdır. Bununla birlikdə, təşkilatçı şirkətlə də danışıqlara başlasanız, toyunuzun ən incə detalına qədər planlaşdırmış olarsınız.

Gəlinlik və bəyliyi seçin

Əgər gəlinlik və bəylik geyimlərini modelyerə həvalə edəcəksinizsə, bu işə lap erkən başlayın, çünki tez-tez paltarın ölçüsünü yoxlamağa getməlisiniz. Unutmayın, qabyuyan və ya paltaryuyan maşın olmadan evlənə bilərsiniz, amma gəlin paltarı və bəylik olmadan əsla!

Dəvətnamənizi hazırlayın

Ürəyinizə yatan dəvətnamə tapmaq asan deyil. Vaxtınız var ikən fərqli dizaynları araşdıraraq istədiyiniz kimi bir dəvətnamə yarada bilərsiniz.

Bal ayı məkanı axtarışına başlayın

Yorucu bir hazırlıq müddətindən sonra uzun bir tətilə ehtiyacınız olacaq. Buna görə də gedəcəyiniz yerə qərar vermək və erkən qeydiyyatdan keçmək laızmdır. Bunları vaxtında etmək həm maddi baxımdan sizə zərbə vurmaz, həm də daha bir işi həll etmək əhvalınızı yüksəldəcək.

Nigah şirniyyatınızı seçin

Nigah şirniyyatı üçün bir çox maraqlı alternativ var və seçim etmək uzun bir zaman alır. İndidən nə istədiyinizə qərar versəniz, şirniyyatları hazırlayarkən siz də rahat bir şəkildə digər işlərlə maraqlana bilərsiniz.

Fotoqrafla vədləşin

Toy mövsümündə fotoqrafların da qrafiki sıx olur. Bu vəziyyətdən təsirlənməmək üçün fotoqrafı vaxtında xəbərdar etməlisiniz.

Toy tortunuzu sifariş verin

Professional bir tort ustasıyla fikrinizdə tutduğunuz toya uyğun bir planlaşdırma edin. Unutmayın, toylarda bu ilin modası olan təkli pastalar çox qəşəng görünür.

Gözəllik salonu ilə vədləşin

Gəlin saç və makiyajı üçün bir neçə fərqli bərbər və vizajistlə maraqlansanız, bu, sizin xəyallarınızdakı kimi bir gəlin olmanıza kömək olacaq. Bu arada, gəlin gülü üçün gül mağazalarına da baş çəkin.

Toy musiqilərinizi seçin

Gecə boyu musiqi mövzusunda çatışmazlıq yaşamamaq üçün bunu da ediləcək işlər siyahınızın ilk sıralarına yazın. Xüsusilə ilk rəqs və tort kəsilərkən səslənəcək mahnılar həyatınız boyu unuda bilməyəcəyiniz üçün adi mahnılar olmamalıdır.

Yeni ev üçün lazım olan əşyaların siyahısını tutun

İşin ən zövqlü tərəflərindən biri də şübhəsiz yeni evi bəzəməkdir. Fərqli mağazaları gəzib ilham alsanız, sonunda istədiyiniz kimi bir evə sahib ola bilərsiniz.

gencaile.az

Xəbərlər     Baxılıb: 4751   Tarix: 09 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

sade makiyaj sekilleri makiyaj etmek qaydalari sac duzumleri öpüşmək qaydası laylalar fantaziya sağlamlıq kosmetika rus dilin nece orenek novruz hakista yuxuda qara ilan gormek dolça novruz bayramına aid