Toyda bunu etmək tərbiyəsizlikdir
"Toyda biləndəki filan müğənni də gələcək, onun mahnısını oxumaq tərbiyəsizlikdir".
azxeber.com xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Gün ortası" verilişində deyib.
O, toylarda yaşadığı problemlərdən söz açıb:
"Mikrofondan doymayan ifaçılar var. Məndən sonra gələn müğənni deyir ki, tələsirəm, 2 mahnı oxuyacağam, olar sənin yerinə çıxım? 2 mahnı olur 1, bəzən 2 saat. Özümə söz vermişəm, heç kimə güzəştə getməyəcəyəm. Guya tələsir, bir də görürsən salonda dostları ilə oturub. Vaxtında gəlib mahnılarınızı oxuyun. Bunu xarici ölkələrdə edə bilməzsən.
Artıq bəllidir ki, bir çox sahələrdə monopoliyalar var. Amma musiqi sahəsində bu vəziyyət ağlamalıdır. Məsələn, təşkilatçıya deyirsən ki, məclisi filan müğənni aparsın. Yalandan deyir, həmin gün toyu var. Heç həmin müğənni ilə danışılmır. Dostu olan digər müğənnini məsləhət görür. Çünki oradan 10 manat cibinə gedəcək".









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO