"Toydan əvvəl mənimlə zorla cinsi əlaqədə oldu" -Azərbaycanda/ŞOK DETALLAR

"Toydan əvvəl mənimlə zorla cinsi əlaqədə oldu" -Azərbaycanda/ŞOK DETALLARBakıda nişanlısını intihar həddinə çatdırmaqda ittiham olunan 1984-cü il təvəllüdlü Elvin Quliyevin (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, ibtidai istintaq orqanı tərəfindən Elvin Quliyevə qarşı irəli sürülən ittihama əsasən o, 1995-ci ildə Şamaxı rayonunda anadan olmuş Samirə Əhmədovanı intihar həddinə çatdırıb.

Sosial şəbəkədə tanışlıq

Ali təhsilli olan Elvin Quliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında əyani təhsil alan Samirə ilə sosial şəbəkədə tanış olub. Onların isti münasibəti yaranıb və ilk dəfə Şamaxı şəhərində 2016-cı ilin mayın 17-də görüşüb, yaxından tanış olublar.

Bundan sonra onlar evlənməyə qərar veriblər.

Həmin görüşdən bir neçə gün sonra Elvin Samirə ilə evlənmək məqsədi ilə valideynlərini onun ailəsinin evinə elçi göndərib.

Samirənin valideynləri Elvinin yaxınlarına müsbət cavab veriblər.

İlk görüş, intim əlaqə

Bundan sonra Elvin ilə Samirə tez-tez görüşməyə başlayıblar. İyulun 29-da Elvin Şamaxı şəhərində yerləşən mənzillərdən birində Samirə ilə görüşüb. Həmin vaxt onlar ehtiraslı hərəkətlər ediblər.

Elvin toydan əvvəl Samirə ilə cinsi əlaqədə olub.

Bundan sonra, yəni avqustun 24-də Elvin Samirə ilə el adəti üzrə ə nişanlanmaqla onu özündən asılı vəziyyətə salıb. Nişanlanandan sonra Elvin Samirəyə qarşı əxlaq normalarına uyğun olmayan hərəkətlər edib.

Kafedə oxumaq, alçaldıcı hərəkətlər

O, Samirənin başqa şəxslərlə sevgi münasibətində olması, kafelərdə mahnı oxumaqla yüngül həyat tərzi sürməsini deməklə özünün yaxın qohumları, tanışları, eləcə də cəmiyyət arasında nişanlısının əxlaqı ilə əlaqədar mənfi rəy yaradıb.

Elvin mütəmadi olaraq Samirənin ləyaqətini alçaldıb.

Buna baxmayaraq, Samirə toya hazırlaşmaqla iyul-avqust aylarında cehizlərini Elvinin yaşadığı Bakı şəhəri, 9-cu mikrorayondakı mənzilinə yerləşdirib.

Toy hazırlığı və dava

Samirənin valideynləri toy məclisinin qurulması üçün müvafiq hazırlıq işləri görüblər, dəvətnamə paylayıblar, toy məclisini sentyabrın 7-nə təyin ediblər.

Toy günü təyin olunmasına baxmayaraq Elvin Samirənin telefon zəngləri və yazmış olduğu mesajlarını cavablandırmayıb. Sentyabrın 6-da görüşərkən onunla amansız rəftar etməklə planlaşdırılmış toyun baş tutmayacağını və onunla ailə qurmayacağını bildirib.

İntihar edən qız məktubunda nə yazıb?

Bu görüşün ertəsi günü Samirə belə bir məzmunda məktub yazıb: "Mən Samirə Əhmədova 23 iyun tarixində Elvin Quliyev ilə tanış oldum. 29 iyulda onun tərəfindən zorlandım, 24 avqustda nişanımız oldu və pozuldu. Mənimlə ailə qurmaqdan imtina etdi, ekspertizadan boyun qaçırdı. Yaşayacağımız binadan ataraq canıma son verəcəm. Hər şey üçün cavabdeh uşağımın atasıdır. Bu yazını özüm yazdım, imzamla təsdiqləyirəm".

Nişanı qayıdan qızdan dəhşət

Məktubu yazan Samirə sentyabrın 7-də saat 15 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon qəsəbəsində hündür mərtəbəli binanın 17-ci mərtəbəsinin ümumi istifadə edilən həyətə açılan eyvanından özünü yerə atıb.

Samirə aldığı xəsarətdən hadisə yerində ölüb.

Günahkar kimdir?

Binəqədi rayon Prokurorluğunda Samirə Əhmədovanın intihar etməsi ilə bağlı araşdırma başlanıb. Toyu günü atası evində məclis qurulan Samirə Əhmədovanın intihar etməsində günahkar nişanlısı Elvin Quliyev olması müəyyən edilib.

İstintaq orqanı tərəfindən Elvin Quliyevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

"Samirəni sevmişəm, el adəti ilə toy mərasimi keçirmək istəmişəm"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin Quliyev bildirib ki, 2016-cı ilin iyununda Samirə ilə tanış olub və avqustun 24-də nişanlanıblar: "Samirə ilə nişanlandıqdan sonra onun barəsində mənə müəyyən xoşagəlməz məlumatlar çatmağa başladı. Samirəyə ciddi hislərim olduğu üçün deyilənlərə inanmadım. Bunları Samirə ilə müzakirə edib, aydınlaşdırmaq istədim.

Samirə məlumatların az hissəsinin doğru olduğunu, o cümlədən "Şəlalə" kafesində mahnı ifa etdiyini boynuna aldı. Artıq onunla bağlı məndə şübhələr yarandığından telefon zənglərinə cavab vermədim.

Mən Samirəni sevmişəm və el adəti ilə toy mərasimi keçirmək istəmişəm. Onu aldatmaq və ya hisləri ilə oynamaq niyyətim olmayıb. Samirə haqqında eşitdiklərimdən sonra toyu təxirə salmaq istəmişəm".

Toyu günü qız niyə intihar edib?

Binəqədi rayon Məhkəməsinin hökmü ilə Elvin Quliyevin əməli sübuta yetirilməyib. Məhkəmə belə nəticəyə gəlib ki, Elvin Quliyev tərəfindən Samirə Əhmədovaya heç bir təzyiq göstərməyib.

Samirə Əhmədovanın bakirəliyi başqası tərəfindən pozulduğu üçün intihara əl atıb. Bu səbəbdən məhkəmə Elvin Quliyevin barəsində bəraət hökmü çıxarıb. Onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilib.

Bəraət verildi, prokuror narazı qaldı

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.

Prokuror Elvin Quliyev barəsində olan hökmün ləğvini, ona ağır cəza təyin olunmasını istəyib. Mərhumun atası da eyni tələblə apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə nə prokurorun protesti, nə də zərərçəkmiş tərəfin şikayəti təmin olunub.

Ali Məhkəmə də hökmü dəyişmədi

Bu qərardan narazı qalan hər iki tərəf Ali Məhkəməyə müraciət edib. Müraciətdə cinayət işinin apelyasiya instansiyasına qaytarılması tələb olunub.

Bu şikayətlər baxılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə prokurorun protesti, zərərçəkmiş tərəfin isə şikayəti araşdırılıb.

Tərəflərin şikayətlərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, prokurorun kasasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin olunmayıb.

Xəbərlər     Baxılıb: 2571   Tarix: 08 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

yay geyimləri 2026 kosmetik vasiteler qadin dunyasi payiz haqqinda insa qadın aksesuarları doğuş usaq otagi dizaynlari kosmetika sekisler heyati vətənə aid bayatılar hüzeyir hacibəyov cinsi əlaqə