"Toylar yoxdur, öz mayamdan xərcləyirəm": Maral Tahirqızı danışdı

"Toylar yoxdur, öz mayamdan xərcləyirəm": Maral Tahirqızı danışdıMüğənni Maral Tahirqızı Baku.ws-in qonağı olub. Suallarımızı cavablandıran Maral Tahirqızı maraqlı açıqlamar verib.

-Kefiniz necədir?
-Çox sağ olun yaxşıyam.

-Maral Tahirqızı kimdir?
-Yəqin ki, mənəm. İlk iş yerim Zərif Mahal İstehsalat Birliyində olub. Hesablayıcı, anbardar, Tikinti sahəsində kadrlar şöbəsinin rəisi, Arpaçay Assosasiyasında kadrlar şöbəsində, Yeyinti nazirliyində və Kənd təsərrüffatında çalışmışam.

-Maral xanım neçə yaşınız var?
-Mənə internetdə çox yaş verirlər. Amma mənim çox yaşım yoxdur.

- İndiki planlarınızda nələr var?
-Yəqin ki, planlarım sənətlə əlaqədardır. İmamlarımızın qırxını və səfər ayını gözlədim. Mənim bu aylarda qapım açıldı.

-Hiss edirsinizmi ki, bəzən insanlar sizi ələ salırlar. Elə tez bir zamanda məşhur olmağınız da bunun nəticəsi idi... Yəni belə düşünmək olarmı?
-Xeyr. Heç elə deyil. Demək olar ki, mən öz səsimlə məşhur oldum. Amma ola bilər ki, fotoşəkillərimlə də kimisə cəzb etdim.

-Sizə sosial şəbəkələrdə dünya ulduzları yazır demişdiniz. Şakira, Cenifer Lopez və digərləri. Yenə də sizə yazmağa davam edirlərmi?
-Bildiyiniz kimi mən uzun müddət sosial şəbəkələrdə olmamışam. Amma 20 gün istifadə etdim. Nəsə mənim bütün sosial şəbəkələrim blok olunur. Yeni instagram səhifəsi açdım onu da blok etdilər.

-Necə oldu ki, həbs olundunuz?
-Mən günahsız həbs olundum. Bəziləri mənə yazır ki, sən "mamaroza" kimi həbs olunmusan. Xeyr bu belə deyil. Mən evimi Vəliyeva Esmiraya 20 manata kirayə verəcəkdim. Vəliyeva Esmira yalan deyir. Onun arxasında duran başqa maraqlar var.

-Həbsxana həyatı sizin yaddaşınızda necə qaldı?
-Kobud, ədədbsiz insanlar var. Bunlar elə çöldən gəliblər. Bunlar elə türmədə böyüməyiblər ki… Mən onlardan uzaq dururdum. Onlar onu hiss edirdilər. Orda nə qədər qadınlar var ki, adam öldürüblər. Öz-özümə deyirdim ki, gör gəlib mən hara düşmüşəm.

- Bayrağımızın rənglərini bilirsinizmi?
-Yaşıl, qırmızı, göy. Göy rəng səma rəngidir. Qırmızı rəng sülh rəngdir. Yaşıl rəng də islamçılıq rəngidir.

-Musiqi notlarını sayardınız...
-Do, re, mi, fa, sol, ya, si. Əlavə olaraq bir də du-nu əlavə ediblər.

-Sevgiliniz varmı?
-Sevdiyim insan yoxdur.

-İkinci dəfə ailə qurmaq haqda düşünürsünüzmü?
-Həyatın möcüzəsidi. Bir də gördün elə bir insan çıxdı ki, qəlbini ovsunladı.

- Həbsxanada ziyarətinizə sənət adamlarından kimsə gəlirdimi?
-Ora yaxınlarından başqa heç kimi buraxmırdılar.

- Maşın şoudan təklif alsaydız iştirak edərdiniz?
-Qəbul edərdim. Orda durmaq lazımdır.

-Müsahibələrinizdə bildirmisiniz ki, dünyanın ən zil səsli sənətçisisiniz... Bu haqda nə demək istərdiniz?
-Mahnı ifa edir...

-Məşhur sənətçilərimizdən sizinlə duet oxumaq istəyənlər olubmu? Yaxud siz özünüz kiminlə duet ortağı olmaq istərdiniz?
-O haqda nəsə fikirləşməmişəm.

-Samiraldonu tanıyırsınız?
-Yox tanımıram o kimdir. Bu yaxında birini hardasa göstərdilər. Hansı rayonandır? Zaqataladandır?

-Gəliriniz hardandır?
- Toylar yoxdur, əlbəttə ki, çox çətindir. Öz mayamdan xərcləyirəm.

-İctimai nəqliyyatdan istifadə edirsiniz?
-Mənim maşınım var. Bilirəm ki, harasa gedəndə onu hardasa "Fark" (park) edtirməliyəm. Ona görə ən gözəli elə maşını tərpətmirəm. Ayaqla gedirəm.

-Hansı maşını sürürsünüz?
"Wolksvagen jetta"dır. 2000-ci ildir, amma çox az sürülüb. Heç 200.000 km getmiyib.

-Neçə dil bilirsiniz?
- Hər dildən bir az bilirəm. Əsas öz dilimi bilirəm.

-Azərbaycanlı müğənnilərin kliplərdəki açıq-saçıq və öpüşmə səhnələrinə necə baxırsınız?
-Öpüşməyi sevmirəm. Çünki hərədə bir xəstəlik var. Öpüşməyi düzgün hesab etmirəm.

-Həyatda ən çox peşman olduğunuz şey nədir?
- Mən evdə olanda Vəliyeva Esmira mənə zəng vurdu. Saat 12-də. Mən dedim evdən çıxıram. Şəkil çəkdirməyə gedirəm. Dedi ki, mən siz tərəfə gələcəm. Dedim gəlirsən gəl. Amma mən fotosessiya etdirməyə gedirəm. Dedi ki, gəlim oturaq sizdə çay içək. Dedim vallah mənim vaxtım yoxdur mən gedirəm. Soruşdu ki, nə zaman gələcəksən. Dedim 2-3 saata. Elə oldu ki, mən Qız qalasının yanında şəkillərimi çəkdim. Bu mənə yenə zəng elədi. Düşündüm ki, mən buna deyim rayona gedirəm. Çünki ondan şübhələnirdim. Hər dəfə söz ağzıma gəldikcə dilimin ucunda qıfıllandı. Saat 5 idi mən evə gələndə həbs olundum. Həyatımdakı ən çox peşman olduğum şey budur.

-Sonda nə demək istərdiniz?
-İzləyicilərimizə xoş əhval-ruhiyyə arzu edirəm.

Xəbərlər     Baxılıb: 1941   Tarix: 24 noyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geymler 2026 kosmetoloq qadın geyimi 2026 qonaq otagi seks pozalari avto qadın viktoriya sekret kosmetika maska xanım az veten haqqinda atalar sozleri yuxuda qara ilan gormek vətənə aid bayatı