Tübaj qaraciyərin öz gücünə təmizlənməsidir

Tübaj qaraciyərin öz gücünə təmizlənməsidirSon illər orqanizmin təmizlənməsi istiqamətində həyata keçirilən prosedurların içərisində ən məşhurlarından biri də qaraciyərin tübaj edilməsidir. Bir çox fırıldaqçılar bu vasitə ilə insanları aldadaraq pul qazanırlar. Onlar insanları tübaj edərək orqanizmlərini toksin və şlaklardan təmizləyir və çoxlu pul qazanırlar. Amma tübajı özünüz ev şəraitində tətbiq edərək qaraciyərinizi təmizləyə bilərsiniz. Tübajın tətbiq edilməsi heç də düşünüldüyü kimi çətin proses deyil. Aşağıdakıları oxumaqla heç bir pul xərcləmədən ev şəraitində tübaj etmək mümkündür.
Tübaj qaraciyərin təmizlənməsi üçün tətbiq edilən prosedurdur. Bu zaman qaraciyər təmizlənir və öz funksiyasını normal həyata keçirir. Tübaj tətbiq edildikdən sonra mədə-bağırsaq sisteminin işi normallaşır, qaraciyərin fəaliyyəti yaxşılaşır, öd kisəsindəki qumlar və xırda daşlar xaric olunur. Tübaj alternativ tibbi prosedurlardan hesab edilir və onu ev şəraitində asanlıqla həyata keçirmək mümkündür.
Prosedurun həyata keçirilməsinə göstərişlər:
Qaraciyərin xalq təbabəti yolları ilə təmizlənməsinin tarixi çox da qədimlərə gedib çıxmır. Bu prosedur bir çox hallarda həyata keçirilə bilər. Tibbdə tübaj öd kisəsinə zondun daxil edilməsi ilə həyata keçirilir. Amma tübajı zondsuz və ödqovucu preparatların köməyi ilə də həyata keçirmək mümkündür. Bu vasitə ötən əsrin 40-cı illərindən Q.S. Demyanov tərəfindən irəli sürülmüşdür və indiyə kimi tətbiq edilir.
Qaraciyər orqanizm üçün ən vacib sayılan orqanlardan biridir. O hətta embrionun əmələgəlmə prosesində də iştirak edir. Qaraciyər ömür boyu işləyir və filtirasiya rolunu həyata keçirir. Qaraciyər orqanizmi toksinlərdən, şlaklardan, hormon artıqlarından təmizləyir, maddələr mübadiləsinin sintezində və həzm prosesində yaxından iştirak edir. Sağlam qaraciyər uzun ömür yaşamanın, cavan qalmanın və gözəlliyin sığortasıdır. Bəs qaraciyərin nə zaman təmizlənməyə ehtiyacı olur?
Aşağıdakı hallarda qaraciyər təmizlənməlidir:
* qaraciyər nahiyyəsində sızıldayıcı diskomfort hissi meydana gəldiyi zamanda
* gözdə sarılıq əlamətləri, dəri ləkələri olduqda
* ağızda acılıq hissi və dildə ağ ləkələr olduğu zamanlarda
* orqanizmin çəkisinin səbəbi bəlli olmadan artması
* bağırsaq problemləri
* qanda xolesterinin miqdarının yüksək olması
* depressiv vəziyyətlər, isteriyaya meyilliyin olması
* qadınlarda aybaşı pozğunluqları meydana çıxdıqda.
Bu əlamətlərin olduğu zaman xəstələrə həkimlə məsləhətləşmək tövsiyə edilir. Tibbdə xəstələrə qaraciyər patologiyası diaqnozu qoyulduğu zaman həkimlər əsasən tibbi yollarla müalicə tətbiq edir. Qaraciyər patologiyalarının ən çox aşağıdakı xəstəliklərlə müşayət olunduğu zaman tübaj tətbiq edilir:
* xolisistit
* öd axınının motor funksiyasının pozulmaları (diskineziya)
* pankreatit
* duadenit
* öd durğunluğu ilə müşayət edilən hepatit.
Zond vasitəsilə tübaj tətbiq edildiyi zaman xəstənin öd kisəsi boşaldılır. Bu zaman öd kisəsi yuyulur və qaraciyərin yükü aradan qalxır.
Kimlərə əks göstərişdir:
Tübaj aşağıdakı hallarda tətbiq edilə bilməz:
* hamiləlik və uşaqəmizdirmə zamanı
* daxili orqanların xroniki xəstəlikləri zamanı
* mədə və onikibağırsaq xəstəlikləri zamanı.
Tübaj etmək istəyənlərdə qızdırma, narahatçılıq hissi, ağrı pristupları olduqda prosedur saxlanılmalıdır. Soyuqlama və qrip xəstəlikləri zamanı da tübaj etmək məsləhət görülmür.
Hecə hazırlaşmalı?
Tübaj tətbiq edən zaman xəstələri əvvəlcədən hazırlamaq lazımdır. Prossedura mütləq əvvəlcədən hazırlaşmaq lazımdır. Bu zaman xəstələr 3-4 gün əvvəlcədən dieta saxlamalı, bitki və süd qidaları qəbul etməli, yağlı, qızardılmış, kəskin qidalardan uzaq durmalıdır.
Tübaj müalicə kursu kimi həyata keçirilir. Bu zaman xəstəyə 4-8 dəfə tübaj tətbiq edilir, bu prosedurlar arasında 3-4 gün fasilə verilir.
Tübaj tətbiq edilən zaman xəstəyə imalə qoyulur. İmalənin səhər tezdən və ya bazar günü tətbiq edilməsi daha məqsədəuyğun hesab edilir. İmalədən sonra xəstənin ən azı 3 saat uzanmış vəziyyətdə qalması lazım gəlir.
Tübaj qara ciyərin təmizlənməsidir.
Qaraciyəri ev şəraitində necə təmizləmək olar? Tübajı müxtəlif vasitələrlə həyata keçirmək mümkündür.
Ən çox aşağıdakı tübaj növləri tətbiq edilir:
* mineral su ilə tübaj
* maqneziumla tübaj
* sorbitlə tübaj.
Ev şəraitində mineral su ilə tübajın tətbiq edilməsi
Mineral su ilə tübaj öz effektini qısa bir zamanda göstərir. Bu hər yaşda olan xəstələrə - hətta uşaqlara da tətbiq edilir. Bu zaman çoxlu miqdarda keyfiyyətli mineral su lazım olur. Adətən tübaj zamanı Nazran, Borjomi, Smirnovski və s. mineral sullarından istifadə edilir.
1. Tübaj tətbiq edilən zaman mineral su axşamdan hazırlanmalıdır. Bu məqsədlə qazının çıxması üçün mineral su olan şüşənin qapağı axşam açılır. Səhər o 45*-yə qədər isidilir, qrelka hazırlanır.
2. Səhər acqarına xəstə sağ tərəfi üstündə uzanır, bir-neçə udum mineral su içir. Bu zaman xəstə rahat uzanır və qrelka onun sağ qabırğaaltı nahiyəsinə qoyulur. Bu zaman xəstənin öd axarlarının sfinktorunda olan spazmlar aradan qalxır və öd rahat axır. 10-15 dəqiqə sonra xəstə yenidən mineral su içir və qrelkanın üstündə uzanır.
3. Xəstə 20-30 dəqiqə sonra ödqovucu səhər yeməyi (qoql - moql), limon şirəsi sıxılmış bal yeyir, ödqovucu çay (acıqovuq, zəncirotu, andız, şam yarpağı dəmləməsi) içir. Sonra xəstə sol tərəfi üzərində uzanır, bu zaman yenə xəstə qrelkanı sağ tərəfində saxlayır. Xəstə bu vəziyyətdə 2 saata qədər uzanır. Bu müddət ərzində xəstə az-az mineral su içir.
4. Vaxtaşırı xəstəyə dərindən nəfəs almaq tapşırılır. Bu defekasiya aktının meydana çıxmasına səbəb olur. Bu isə nəticənin əldə edilməsi deməkdir.
Maqneziumla tübaj.
Maqnezium vasitəsilə də qaraciyərin təmizlənməsinə nail olmaq mümkündür. Bu ev şəraitində tübaj etmək üçün ən məşhur üsullardan biridir. Bu tübaja bəzən "kor tübaj" deyilir. Maqnezium sulfat toz halında satılan dərman preparatlarındandır. Ondan tübaj tətbiq edən zaman geniş istifadə edilir. Bu preparat ödqovucu, öd axarlarının əzələsini rahatlaşdırıcı qabiliyyətə malikdir. Maqneziumla tübaj edərkən xəstədə digər patologiyaların olub-olmaması nəzərə alınmalıdır. Böyrək xəstəlikləri, arterial təzyiq, burun-boğaz, mədə-bağırsaq, bradikardiya xəstəlikləri zamanı maqneziumla tübaj edən zaman mütləq həkimlə məsləhətləşmək lazımdır.
Maqneziumla tübaj necə tətbiq edilir?
1. Maqnezium tozu isti suya əlavə edilib qarışdırılır və səhər acqarına içilir. Xəstənin çəkisi 70 kiloqramdan az deyilsə 50 qram maqnezium, 70 kiloqramdan çoxdursa 60 qram maqneziumdan istifadə edilir.
2. Xəstə suyu içir, sağ tərəfinə isti qrelka qoyaraq 2 saat uzanır. Bu zaman bağırsaq qıcıqlanmaları meydana gələ bilər. Tez-tez tualetə getmək problemi lazım gəldiyi üçün tübaja başlamazdan əvvvəl ehtiyat tədbirləri görülməlidir. Maqneziumla tübaj tətbiq edən zaman evdən çıxmaq məsləhət görülmür.
Sorbitlə tübaj.
Bu zaman sorbitin seçilməsinə diqqət yetirmək lazımdır. Tübaj üçün lazım olan sorbitin üzərində E420 inqrientinin olmadığı qeyd edilibsə bu qaraciyərin təmizlənməsi üçün yararlı sorbit hesab edilir. Bu sorbit maqnezium duzuna çox oxşayır.
Soprbit qaraciyəri necə təmizləyir?
Bu zaman da qaraciyərin təmizlənmə prosesi eyni qaydada həyata keçirilir. Xəstə axşam və səhər tezdən imalə olunur. Günortaya qədər xəstəyə yüngül qida təyin edilir, günortadan sonra xəstəyə su və ya şirin olmayan alma şirəsi verilir. Prosedur aşağıdakı qaydada həyata keçirilir:
1. Xəstə sağ tərəfi üstə uzanaraq isti qrelka qoyur. 100 ml isti suya 2 çay qaşığı sorbit əlavə edilib qarışdırılır. Xəstənin çəkisi 70 kiloqramdan artıq olduğu zaman 3 qaşıq sorbitdən istifadə olunur.
2. Sorbitli su içilir və xəstə sağ tərəfi üstə uzanır.
3. Xəstə 2 saat uzanmış vəziyyətdə qalır və arabir dərindən nəfəs alır.
Bir müddət sonra xəstədə defekesiya aktına çağırışlar meydana çıxmağa başlayır. Sorbitlə ilk tübaj zamanı defekasiya çağırışları az ola bilir, amma ikinci tübajdan sonra defekasiyaya çağırışların sayı tezləşir.
Sorbit və maqneziun qarışığı ilə tübaj.
Bu tübaj daha effektli və tez təsirə malik olan tübajdır. Bu zaman sorbit və maqneziumu ayrı-ayrılıqda suda həll edib növbələşmə yolu ilə içmək məsləhət görülmür. Bu tübaj 4-8 dəfə və 3-4 gün fasilələrlə tətbiq edilir. Bu müalicə kursunu yarım ildən sonra yenidən təkrarlamaq olar.
Qeydlər.
Ev şəraitində tübaj edənlər evdə ən effektli tübaj vasitəsinin aşağıdakılar olduğunu bilməlidirlər. Aşağıdakılar ev şəraitində qaraciyərin təmizlənməsi üçün ən yaxşı vasitə hesab olunur:
* mineral sular
* maqnezium
* sorbit.
Yuxarıda adları qeyd edilənlər qaraciyərə təmizləyici yağlardan daha yaxşı təsir edir. Bu üsulları tətbiq edən zaman ürəkbulanma meydana çıxa bilir. Amma normal miqdarda qəbul edilən sorbit və ya maqneziumun orqanizmə heç bir mənfi təsiri yoxdur. Tübaj edildikdə orqanizmdə aşağıdakılar baş verir:
* həzm sistemi normallaşır
* meteorizm və köp əlamətləri aradan qalxır
* dəri təmizlənir və dərinin rəngi yaxşılaşır
* yuxu normallaşır
* çəki aşağı düşür
* mərkəzi sinir sisteminin işi stabilləşir.
Ev şəraitində tübaj edənlərə təbii maddələrdən istifadə etmək lazımdır. Qaraciyərin təmizlənməsi prosesi ildə bir-iki dəfə həyata keçirilməlidir. Bu həkimin göstərişi və ya profilaktika məqsədilə tətbiq edilə bilər. Tübajın orqanizm üçün heç bir zərəri olmasa da mütəxəssislər həkimlə məsləhətləşməmiş onu tətbiq etməyi məslət bilmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1442   Tarix: 19 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

ÜST-dən Ebola ilə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayı kəskin artır

Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası ilə əlaqədar Braziliya və İtaliyada da şübhəli hallar araşdırılır. xəbər verir ki, ÜST bildirib ki, ölkədə yoluxanların sayı 282-yə, ölənlərin sayı isə 42-yə çatıb

.

Qurban ətini dərhal yeməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ

Qurban bayramı günlərində təzə kəsilmiş ətin dərhal istehlakı sağlamlıq üçün ciddi problemlər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, ətin düzgün saxlanılması və müəyyən müddət dincəldilməsi həm həzm

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Alçanın bu xeyrini bilirdiniz?

Alça həm dadlı, həm də sağlamlıq üçün olduqca faydalı meyvələrdən biridir. Tərkibində bol miqdarda C vitamini, antioksidantlar, kalium və lif olduğu üçün orqanizmə bir çox müsbət təsir göstərir.  xəbər verir ki, alça immu

.

Saxta xamanı necə tanımaq olar?

Mağazadan xama alan istehlakçılar bəzən keyfiyyətsiz və ya saxta məhsulla qarşılaşa bilirlər. İstehsalçılar süd yağının çatışmazlığını müxtəlif kimyəvi əlavələr və aromatizatorlarla gizlətməyi bacarırlar. xəbər verir ki

.

Bu mürəbbələr şəfa qaynağıdır

Yay aylarında evdar xanımlar qışa hazırlıq üçün mürəbbə tədarük edirlər. Hazırlanan mürəbbələr içərisində moruq, heyva və zoğal mürəbbəsi şəfaverici xüsusiyyətlərinə görə seçilir. Onu da qeyd edək ki, xroniki qaraciyər v

.

Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil

Son illərdə kosmetoloji xidmətlər arasında dəriyə təmizləmə (cistka) proseduru xüsusilə populyarlaşıb. Bir çox insan bu üsuldan sızanaqların azaldılması, məsamələrin təmizlənməsi və daha "təmiz görünən" dəri əld

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ağırlıq qaldıranlar daha uzunömürlü olur

Dərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır.  xəbər verir ki, həftədə 90 dəqiqədən iki saat

turlar.az

gelinlikler sade makiyaj sekilleri geyim şəkilləri valideynlərə məsləhət ləkələr tutmalar cennet almasi murebbe kosmetika qogal kley lekesi tapmacalar qizlar hekaye janri