Tunardan keçmiş nişanlısı Çiçəyə sərt cavab: " Məcnun və Romeonun ruhuna fatihə..."
Müğənni Tunar Rəhmanoğlunun keçmiş nişanlısı Şəhla Vakkasa cavabı gecikməyib.
Axşam.az-ın məlumatına görə, Çiçək ləqəbli aparıcının "Tunarın mənə olan sevgisinə "Məcnun sevgisi" deyirdilər" sözləri sənətçini əsəbiləşdirib.
Tunar Axşam.az-ın İnstaqram səhifəsində paylaşılan Çiçəyin açıqlamasının altından şərh yazıb. O, keçmiş nişanlısının dediklərini lazımsız hesab etdiyini vurğulayıb:
"Çox gərəksiz... Mənasız, yersiz, lazımsız söhbətlərdə başlıq xəbər olmağa vaxtım yoxdur. Şişirdiləcək bir şey yoxdur. Məcnun və Romeonun ruhuna fatihə. Amma mən onları yalnız filmlərdən tanıyıram".
Qeyd edək ki, Çiçək Tunarın nişanlanma xəbərlərində özünün də adının yazılmasına münasibət bildirmişdi. Aparıcı sənətçi haqda bunları deyib:
"Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Günel (bacısı, müğənni Günel Zeynalova – red.) verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə "Məcnun sevgisi" deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyə qədər evlənməməsi ən çox mənim anamı üzürdü.
Xahiş edirəm, imkan verin o da ailə həyatı qursun. Özümü onun nişanlısının yerinə qoyuram, xoş deyil. Gözəl bir xanımla nişanlanıb. Ən xoş günündə belə nişanlısının adının yanına Çiçək yazılması yaxşı deyil".









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin