"Tunarla nişanlananda 18 yaşım var idi" - Çiçək
Aparıcı Şəhla Vakkas keçmiş nişanlısı, müğənni Tunar Rəhmanoğludan danışıb.
Axşam.az-ın məlumatına görə, Çiçək ləqəbli aparıcı "Hər şey daxil" verilişində deyib ki, son günlər adının Tunarla yanaşı yazılmasına əsəbiləşir:
"Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Günel (bacısı, müğənni Günel Zeynalova – red.) verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə "Məcnun sevgisi" deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyənə qədər evlənməməsi ən çox mənim anamı üzürdü.
Xahiş edirəm, imkan verin o da ailə həyatı qursun. Özümü onun nişanlısının yerinə qoyuram, xoş deyil. Gözəl bir xanımla nişanlanıb. Ən xoş günündə belə nişanlısının adının yanına Çiçək yazılması yaxşı deyil".
Qeyd edək ki, Tunar bir neçə gün əvvəl Ülviyyə adlı xanımla nişanlanıb.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin