Tüpürəsən bunların siyasətinə də, ədalətinə də
"Avroviziya 2024" təmsilçilərimizdən olan Fahree sözügedən beynəlxalıq mahnı müsabiqəsini boykot etməyə çağırıb.
azxeber.com xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb:
"Avroviziya", istefa! Bu artıq nə mahnı müsabiqəsidir, nə də ümumiyyətlə müsabiqə. Bundan artıq nə olmalıdır ki, finala keçək? Səhnə, ifa, şou gözəl. Rəqqaslar da, bek vokal da var idi. Tüpürəsən bunların siyasətinə də, münasibətinə də, ədalətinə də".
Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu "Run with you" mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.
2023-cü ildə ölkəmizi təmsil edən Turan və Tural qardaşları, 2024-cü ildə İlkin Dövlətov və Fahree də finala vəsiqə qazana bilməmişdilər.









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun