Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ: insanlar binalardan özlərini atdı (VİDEO, FOTO)
Türkiyənin Egey dənizi sahillərində 6,9 bal gücündə zəlzələ olub.
BAKU.WS-in məlumatına görə, zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.
Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.
Son məlumatlara görə, Türkiyənin Muğla əyalətinin Bodrum şəhərində zəlzələdən sonra 70-ə yaxın insan xəstəxanaya müraciət edib.
Bundan əlavə şəhərin valisi Osman Gürün bildirib ki, bir neçə sakin zəlzələdən sonra yüngül xəsarətlərlə xəstəxanaya üz tutub. Xəsarət alanların çoxu özlərini binaların pəncərələrindən atıblar.
Zəlzələ Yunanıstanda da hiss olunub. Təkanlar nəticəsində 2 nəfər həlak olub, 120 nəfərdən çox insan xəsarət alıb.
Yüzlərlə turist gecəni dəniz qırağında keçirmək məcburiyyətində qalıb.

















Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin