Üç dəfə və daha artıq rəsmi nikahda olmuş MƏŞHURLARIMIZ — SİYAHI

Üç dəfə və daha artıq rəsmi nikahda olmuş MƏŞHURLARIMIZ — SİYAHISənət adamlarının nikahlarının uğursuz alınmağı bir növ adət halını alıb. Yəni nəinki indi, hətta ötən əsrin ortalarında da aktyorlar, aktrisalar, müğənnilər ən azı iki dəfə ailə həyatı qururmuşlar. Təbii ki, bəzi istisnaları çıxmaq şərtilə. Dolayısıyla belə demək mümkündür ki, sənətkarın iki dəfə ailə qurması normaldır, hətta adiləşmiş haldır. Bəs üç, bəs beş dəfə?

Ölkə.az məhz üç dəfə və daha çox ailə həyatı qurmuş sənət adamlarıyla bağlı kiçik araşdırma aparıb. Ailem.az həmin araşdırmanı təqdim edir.

Xalq artisti Flora Kərimova üç dəfə rəsmi nikahda olub. Bəzi hallarda bu nikahların sayının beş olduğu deyilsə də, sənətkar öz açıqlamalarında üç dəfə ailə qurduğunu və hər üç halda həyat yoldaşlarının vəfat etdiyini bildirib. Qeyd edək ki, Kərimovanın sonuncu nikahından Zümrüd adlı qızı var.

Əfsanəvi aktrisa Barat Şəkinskayanın ilk evliliyi nə qədər qəribə səslənsə də, 16 yaşında olub. Teatr klubunun direktoru Mir İbrahim Həmzəyevə qoşulub qaçan Şəkinskayanın bu izdivacdan Solmaz adlı qızı dünyaya gəlir. Sənətkarın ikinci evliliyi isə məşhur rejissor Şəmsi Bədəlbəyliylə olur. Bu evlilik də ona Rövşanə adlı qız övladı bəxş edir. Ancaq bu münasibət də uzun sürmür. Deyilənlərə görə, Şəkinskayanın ən xoşbəxt evliliyi rejissor Mehdi Məmmədovla olur. Onların bu evlilikdən Elçin adlı övladları dünyaya gəlir. Maraq üçün qeyd edim ki, Elçin Məmmədov bir sıra filmlərdə maraqlı obrazlar yaradıb. Həmin obrazlardan ən yaddaqalanı isə heç şübhəsiz ki, "Dədə Qorqud" filmindəki Qaraca Çobandır.

Ötənlərin məşhur rejissoru Mehdi Məmmədovun da üç ayrı nikahdan övladları var. Sənətkarın sonuncu nikahından dünyaya gələn oğlu Vüqar Məmmədov hazırda Akademik Milli Dram Teatrında rejissor köməkçisi işləyir. Onun digər iki həyat yoldaşı isə aktrisalardır. Belə ki, Məmmədov 1944-52-ci illər aralığında Barat Şəkinskaya ilə, 1972-83-cü illərdə isə Şəfiqə Məmmədovayla rəsmi nikahda olub.

"Şeron" musiqi qrupunun rəhbəri Rüstəm Zeynallı da üç dəfə rəsmi nikahda olub. İfaçının ilk evliliyindən iki övladı var. Onun ikinci həyat yoldaşı isə məşhur qarmon ifaçısı, xalq artisti Aftandil israfilovun qızı Həcər İsrafılova olub. Qeyd edək ki, R.Zeynallı sonuncu dəfə 2015-ci ilin fevralında ailə həyatı qurub.

Müğənni Bahar Lətifqızı da üç dəfə ailəli olub. Sənətçinin dediyinə görə, ilk dəfə 18 yaşında ailə qurub: "İlk ailə həyatımı 18 yaşında qurmuşam. Birinci ailəmin dağılmasına səbəb çox oldu. Amma ikinci ailəmin dağılmasına səbəb övladımın olmaması idi. 9 il bir insanla yaşadıq, amma uşağım olmadı. Daha sonrakı ailəmdən bir qızım oldu. Çalışıram pis şeylərdən uzaq durum, bu barədə danışmayım. Həyat yoldaşım ailə qurdu, xoşbəxt olsun. Hal-hazırda da həyatımda biri var. Niyə də olmasın? Həyatıma kimsə daxil ola bilər, sevə bilərəm. Nə qədər ki, dərinliyə getməmişəm, düşünürəm. Amma çox istəyərdim bir övladım da olsun. Belə şeylərə gülmək lazım deyil. Bu həyatın çərxi-fələyidir, bizlə belə rəftar edir. Mən də istəməzdim belə həyat qurum".

Mərhum xalq artisti Hacıbaba Bağırov isə bu mənada rekord sahibidir. Belə ki o, beş dəfə rəsmi nikahda olub. Bu nikahlardan üçündən sənətkarın övladları var. Hərbi xidmətdə ailə qurduğu rus qadından Aleksandr adlı oğlunun hazırda yaşı altmışı keçib.

Bağırovun ikinci həyat yoldaşı olan Leyla xanımdan isə Lalə adlı qızı dünyaya gəlib. Hazırda Lalə xanımın yaşı əlli beşi haqlayıb. Xalq artistinin üçüncü həyat yoldaşı Almaz adlı həkim xanım olub. Ancaq 15 illik rəsmi evlilikdən onların övladları dünyaya gəlməyib.

Sənətkarın 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru olub. Bu evlilikdə ən diqqətçəkən məqamlardan biri budur ki, aktyor Tamara xanımın övladlarını öz soyadına keçirir. Maraq üçün qeyd edək ki, Tamara Ocaqova Dövlət Musiqili Teatrının direktor müavini Elxan Ocaqovun əmisi qızıdır.

Hacıbaba Bağırovun sonuncu evliliyindən isə Şölə adlı bir qızı var. Qeyd edək ki, Arzu Bağırova Hacıbaba Bağırovdan 37 yaş kiçik olub.

Xəbərlər     Baxılıb: 2131   Tarix: 19 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

yaz geyimleri 2026 makiyaj instagram sac duzumleri sağlam qida zirincin faydaları kelem tutmasinin hazirlanmasi masaj edirem kosmetika yemek reseptleri xlor lekesi bayati xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır orqazm