Üç uşaq atasını qaçqınlar döyərək ölümcül hala saldılar - FOTO

Üç uşaq atasını qaçqınlar döyərək ölümcül hala saldılar - FOTOGoranboy rayonunda mebel ustasını bir neçə nəfər ölümcül döyüb. Rayon sakini Elşad Dadaşovu Kəlbəcər qaçqınları döyərək tanınmaz hala salıblar. Hadisə yanvarın 9-da Goranboyun Hacıalılı kəndində baş verib.

Zərərçəkmiş E.Dadaşovun həyat yoldaşı Aygün Dadaşova criminal.az saytına bildirib ki, rayon ərazisində çobanlıq edən Kəlbəcər qaçqınları Məzahir, Laçın, Yavər və Bəhruz adlı şəxslər kafedə yeyib-içiblər. Gecə saat 12 radələrində kafenin sahibi vasitəsilə E.Dadaşovu çağırtdıraraq onları evə aparmasını istəyiblər. Kafeyə gələn Elşad onları sərxoş vəziyyətdə görüb aparmaqdan imtina edib. Həmin şəxslər buna görə Elşadla mübahisə ediblər. Elşad Məzahirlə söhbət edən zamanı arxadan baltanın sapı ilə başına ağır zərbə endirilib. Huşunu itirərək yıxılan Elşadı həmin 4 nəfər döyməyə başlayıb. Kafedəki qab-qaçağı başında sındırıblar, baltanın sapı ilə döyüblər.

''Elşadın öldüyünü düşünən Məzahir onu elə öz maşınına qoyaraq yeznəsi İlqarın evinə aparıb. İlqara deyib ki, Elşadı öldürüb və basdırmağa kömək etsin. Lakin yeznəsi bundan imtina edib. Daha sonra Məzahir Elşadı qan içərisində öz həyətinə aparıb. Orada Elşadın ayıldığını gördükdə yenə döyməyə başlayıb. Səhər saat 7 radələrində Elşadın əmisi oğluna zəng edərək gəlib meyidi aparmasını deyib. Qohumlar Məzahirin həyətinə gələndə isə daha dəhşətli mənzərə ilə üzləşiblər. Məzahir əlində ov tüfəngini Elşadın başına dirəyərək yaxın gəlməmələrini, əks halda öldürəcəyini deyib. Bundan sonra Elşadın qohumları Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və polisin müşayiəti ilə Elşadı onun əlindən ala biliblər", - deyə A.Dadaşova bildirib.

A.Dadaşovanın sözlərinə görə, ağır vəziyyətdə Goranboy Xəstəxanasına yerləşdirilən E.Dadaşovun vəziyyəti hələ də ağırdır:

''Dünən komaya düşdüyündən Gəncəyə apardıq. Vəziyyəti stabilləşdikdən sonra yenidən rayona qaytardıq. Əsasən baş və böyrəklərindən xəsarət alıb, danışa bilmir. Polis hələlik Məzahiri saxlayıb. Lakin bir neçə gün əvvəl rayon Polis Şöbəsinə gedəndə Məzahir həyətdə sərbəst gəzirdi''.

A.Dadaşova ailəsində yeganə işləyən şəxsin həyat yoldaşı olduğunu, onun qazancı ilə dolandıqlarını deyir.

''Hazırda 3 uşaqla köməksiz vəziyyətə qalmışam. Uşaqlarımı qızındırmağa odun belə tapmıram. Elşad isə hələ də ağırdır. Məni ən incidən məsələ odur ki, həmin şəxslər Elşadın öldüyünü zənn etsələr də zalımlıqlarından əl çəkməyiblər. Elşadın öldüyünü sanaraq "meyid"inə belə işgəncə veriblər''.

Məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsindən hər hansı açıqlama almaq mümkün olmadı. Bildirildi ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkündür.

Xəbərlər     Baxılıb: 1627   Tarix: 13 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

turlar.az

hamilelikde qidalanma kosmetika mehsullari yay kolleksiyasi qadindunyasi.az qadınlarda erroziya qış geyimi qizi ehtiraslandiran sozler kosmetika klitor rəksanə faydalı maskalar bir arzum var veten haqqinda bayati