Ucuz qiymət, aşağı keyfiyyət: Bir manata canımızı necə təhlükəyə atırıq?

Ucuz qiymət, aşağı keyfiyyət: Bir manata canımızı necə təhlükəyə atırıq?Açıq havada hazırlanan və satılan qida məhsullarından təəssüf ki, hər birimiz zaman-zaman istifadə edirik. Xüsusilə də küçədə, yol kənarlarında üstüaçıq şəkildə insanlara təqdim olunan bu yeməklərin sanitariya qaydalarına nə qədər uyğun olduğu şübhə doğurur. Bu kimi qidalar arasından insanlar hazırda ən çox dönərə üstünlük verir. Bəzi yerlərdə isə onun hazırlanmasında toyuq və ya mal ətindən yox, at ətindən də istifadə edirlər. 
Maraqlıdır, belə olan halda dönər alarkən nələrə fikir verməliyik?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova lent.az-a açıqlamasında bildirib ki, peraşki, dönər, bulka, qamburger kimi səyyar çörəkarası hazırlanan yeməklər hazırda risk qrupu altındadır. 
Onun sözlərinə görə, ehtiyac olmadıqda bu kimi qidaların istehlakı məsləhətli deyil:
"Xüsusilə də dönərin hazırlanmasında mənşəyi bilinməyən, ucuz, xəstə heyvan ətlərindən istifadə olunur. Bu ətlər səhərdən axşama qədər açıqda, hər zaman istiyə məruz qalacaq şəkildə alovun yanında saxlanılır. Bu ət sağlam olsa belə bu şəraitdə saxlanılması onun tərkibinin həm mikrobioloji, həm də kimyəvi dəyişikliyə məruz qalmasına səbəb olur. Həmçinin satışı həyata keçirən insanlar sanitar-gigiyena qaydalarına əməl etmir. Beləliklə, həmin dönərlər fiziki çirklənməyə məruz qalır. Belə olan halda həmin qidaları istehlak edən şəxslərə heyvandan xəstəlik yoluxur. Ətlərdəki mikroblar və viruslar orqanizmə daxil olaraq həzm sisteminin pozulmasına və orqanların zədələnməsinə səbəb olur. Bəzən həmin qidaları yedikdə mədədə ağırlıq, şişkinlik, ağrı, ishal və ya qəbzliklə müşahidə olunur. Əgər, bu cür qidaları 25 yaşına qədər insanlar gündəlik olaraq qəbul edirsə, bu zaman təhlükə iki qat artır. Çünki həmin insanlar inkişaf prosesində olduğu üçün bu cür qidalar onların həm əqli, həm də fiziki cəhətdən inkişafına mənfi təsir göstərir". 
Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ayaqüstü yeməklərdə dadlandırıcı kimi bir çox kimyəvi maddələrdən istifadə olunur:
"Həmin qidalardan istifadə edən şəxslər ənənəvi keyfiyyətli qidaların dadından zövq ala bilmirlər. El arasında Çin duzu kimi tanınan monosodium qlutomat və yaxud mononatrium qlütamatın və sintetik mənşəlilərin adını çəkmək olar. Bu maddə birbaşa olaraq asılılıq yaradır və ağızda ənənəvi dad reseptorlarını məhv edərək beşinci yeni - umami dadını yaradır. Bu cür qidalardan istifadə edən insanlar çox tez doyurlar, lakin bu toxluq hissi qısa zamanda yoxa çıxır. Ona görə də həmin insanlar daima özlərini ac hiss edirlər. Dönərin ucuz qiymətə satılması əlçatanlığı təmin etmək üçün olsa da, bu qidalar birbaşa olaraq təhlükəli xəstəliklərin mənbəyidir. Sahibkarlar daha az pul xərcləyərək böyük gəlir əldə etmək istəyirlər və buna görə də keyfiyyətsiz məhsullardan istifadə edirlər. Bütün hallarda istehlakçı bilməlidir ki, mənşəyi bəlli olmayan qidadan istifadə etmək onun həyatı üçün təhlükədir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1017   Tarix: 27 dekabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

reseptler sade makiyaj sekilleri maskalar fitrə kimlərə verilir gözəllik və makiyaj pəhriz diet parfümeriya kosmetika birlik xeyanet masqalar usaq seirleri meseller