Ülviyyə onu tənqid edənlərə cavab verdi
Aktrisa Ülviyyə Xəlilbəyli görünüşünü tənqid edənlərə cavab verib.
azxeber.com xəbər verir ki, o, illər əvvəl rol aldığı seriallardan kəsilmiş hisəni sosial media hesabında paylaşıb.
Aktrisa onu tənqid edənləri hədəf alaraq bunlarə yazıb:
"Bu serialda çəkiləndə çox gənc idim. Hər şeyə yeni başladığım vaxtda hər linç, hər kobud söz qəlbimi dərindən yaralayırdı. Həssas idim, incəydim, özümü qorumağı bacarmırdım. Üzümün kilolu olmağına görə o qədər linç edilirdim ki... O zamanlar sosial şəbəkələrdə "üzündə gel var" deyib yazılan şərhlərlə dolub-daşırdı. Sonra arıqladım, yenə linçləndim. Əməliyyat oldum, bu dəfə də keçmişdəki halımı tərifləyib məni yenə linç etdiniz. Hətta bəzən köhnə şəkillərimi paylaşıram, onu belə yeni kimi qəbul edib "nə gündəsən" yazırsınız. Halbuki o şəkillər illər əvvəl çəkilib.
Sanki əzbərləmisiniz sözləri. Ən çox da məni bu düşündürür ki, mənim görünüşümə görə siz niyə məndən çox narahatsınız? Hər halımla sevənlərimin yeri qəlbimdə xüsusi yerdədir. Arxamla danışan sənət yoldaşlarımdan hələ danışmıram. Bu qədər önəmsədiyiniz üçün minnətdaram".









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Bu qidalar beyin damarlarına zərər verə bilər
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın