Unutqanlığa nə səbəb olur?

Unutqanlığa nə səbəb olur?Yaddaş keçmiş təcrübələri, məlumatları və həyat boyunca öyrənilən məlumatları yadda saxlamaq və xatırlamaq qabiliyyətini ehtiva edən bir məfhumdur. O həm də məlumatı, təcrübəni, keçmişlə bağlı bütünlüklə hər bir hadisəni yadda saxlayaraq insan üçün vacib əhəmiyyət daşıyır.
Milli.Az publika.az-a istinadən tanınmış psixoloq Tuba Ərdoğanın bu mövzu ilə bağlı araşdırmasını təqdim edir.
Psixoloq bildirib ki, yaddaşda yazılan və saxlanılan məlumatı, təcrübələri xatırlamaq qabiliyyətinin pozulması, onları xatırlamaqda yaşanan çətinliklər unutqanlıq olaraq təyin edilir. Unutqanlıq müəyyən anlarda insanlara çətinliklər yaradır. Bu zaman müntəzəm ünsiyyət qurduğumuz insanların adlarını, xüsusi günləri, ünvanları, telefon nömrələrini unuda bilərik. Bu hallar yaddaş pozuntusu hesab olunur. Qapıda açarı unutmaq, əşyaların yerini xatırlamaqda çətinlik çəkmək insanlarda unutqanlığın göstəricilərindəndir. Bəzi dövrlərdə insanlar gündəlik həyatlarında stress və narahatlıq, kədər və ya ani emosional dəyişikliklərə səbəb olan hadisələr (evlilik-boşanma, köçmə, iş dəyişməsi, doğum, ölüm), sıx iş tempi, yorğunluq, diqqət problemləri yaşayır. Bütün bunların müxtəlif səbəbləri mövcuddur. Gündəlik həyatda texnoloji cihazlara uzun müddət məruz qalma insanlarda unutqanlıq problemlərinə ən böyük səbəbdir. Bundan başqa, depressiya, bəzi xəstəliklər və kəllə-beyin travmaları, vitamin çatışmazlığı, maddə asılılığı, nizamsız qidalanma və yuxusuzluq insanlarda unutqanlığa səbəb olan amillərdəndir. Unutqanlıq insanların gündəlik həyatına mənfi təsir göstərən problemdir, bu proses hər yaşda olan insanlarda müşahidə oluna bilər. Unutqanlığın əlamətləri və səbəbləri insandan insana dəyişir. Əgər unutqanlıq insanın gündəlik işləri yerinə yetirmə qabiliyyətinə təsir edirsə, iş və ailə həyatında müxtəlif çətinliklərə səbəb olan səviyyədədirsə, psixoloq və ya nevropatoloq tərəfindən qiymətləndirilməyə, müayinə edilməyə ehtiyac vardır. Unutqanlığın erkən diaqnozu və müalicəsi gələcəkdə psixoloji və nevroloji xəstəliklərin qarşısının alınmasında çox vacibdir. Bu, insanlarda həm psixoloji, həm nevroloji, həm də fiziki səbəblərdən yarana bilər. Bu səbəblərin mütəxəssis tərəfindən müəyyən edilməsi və lazım olduqda dərman, vitamin və müalicə əlavələrinin qəbulu əhəmiyyətli olar.
"Unutqanlıq şikayətlərinin mütəxəssis tərəfindən qiymətləndirilməsi nəticəsində təyin edilən prosedurlarla yanaşı, həmçinin həyat tərzində ediləcək dəyişikliklər də bu prosesin azalmasına kömək edə bilər. Bir çox xəstəliklərin qarşısının alınması və müalicəsində vacib olduğu kimi, unutqanlığın müalicəsində də sağlam qidalanma, nizamlı yuxu, fiziki aktivlik və stresin aşağı səviyyədə olması çox əhəmiyyətlidir. Kitab oxumaq, musiqi alətində ifa etmək, yeni biliklər qazanmaq, yeni yerlərə getmək, sosial əlaqələri saxlamaq kimi beyin fəaliyyətini aktivləşdirən və gücləndirən fəaliyyətlərlə məşğul olmaq da yaddaşı gücləndirməyə yardımçı olur. Bu gün texnoloji cihazların artan istifadəsinin unutqanlıq problemlərinə səbəb ola biləcəyini nəzərə alsaq, onların istifadəsini məhdudlaşdırmaq və əyləncəli, düşündürücü, rahatlaşdırıcı fəaliyyətlərə vaxt ayırmaq da insana müsbət təsir göstərə bilər. İnsanların "ağlımda heç nə saxlaya bilmirəm" ifadəsi tez-tez təkrarlanır. Burada hər hansı bir məlumatı öyrənərkən diqqəti yayındıran elementləri mümkün qədər aradan qaldırmaq, öyrənilən məlumatla keçmişdə öyrənilmiş məlumat arasında əlaqə yaratmaq, öyrənmə zamanı "xatırlatma" qeydləri etmək və öyrənilən məlumatı möhkəmləndirmək üçün təkrarlar etmək onun yadda saxlanmasına kömək edən üsullardır. Bundan əlavə, yaddaşın təkmilləşdirilməsi və gücləndirilməsi üsullarından istifadə onun effektiv fəaliyyətinə kömək edə bilər", - deyə psixoloq əlavə edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1069   Tarix: 25 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

.

120 il yaşamaq üçün nə edək?

Sağlamlıq monitorinqi 120 il ömür uzunluğuna çatmağa kömək edə bilər. -a istinadən xəbər verir ki, ömür uzunluğunun 120 ilə qədər artırılması düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərz

.

Neçə dəqiqəyə günəş yanığı yaranır?

Araşdırmalara əsasən, dəri günəşin təsirindən cəmi 15 dəqiqə sonra zədələnməyə başlaya bilər. . -a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, açıq rəngli dəriyə sahib insanlar tünd dərili şəxslərlə müqayisəd

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

Kings College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

turlar.az

geymler 2026 kosmetik vasiteler hamilelikde qidalanma erotik fantaziya əllərin tərləməsi evdarlıq kitabı 2026 payiz geyimleri kosmetika baldiza aid haxisda qızlıq pərdəsi cantalar mikayıl abdullayev novruz bayramına aid hakışda