Uraz Kaygılaroğlunun babası vəfat etdi
Balıkesirspor Kulübünün keçmiş prezidentlərindən biri olan Metin Kaygılaroğlu uzun müddətdir davam edən sağlamlıq problemləri səbəbilə 86 yaşında Balıkəsirdəki evində dünyasını dəyişib.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, O, eyni zamanda tanınmış türk aktyoru Uraz Kaygılaroğlunun babası olub.
Metin Kaygılaroğlu 1981–1984 və 1986–1987-ci illərdə Balıkesirsporun prezidenti vəzifəsini icra edib və bu müddət ərzində klubun inkişafına mühüm töhfələr verib. Qırmızı-ağ rəngləri ilə tanınan klubun tarixində adı hörmətlə çəkilən Kaygılaroğlunun vəfatı, həm azarkeşlər, həm də idman ictimaiyyəti tərəfindən dərin kədərlə qarşılanıb.
Evli və iki övlad atası olan Metin Kaygılaroğlunun vida mərasimi, xaricdə yaşayan ailə üzvlərinin də iştirakı ilə 1 iyul Çərşənbə axşamı günü Balıkəsirdəki Zağnos Paşa Məscidində keçiriləcək.
Balıkesirspor rəsmi sosial media hesablarından yayımladığı başsağlığı mesajında belə deyilib:
"Keçmiş prezidentlərimizdən Metin Kaygılaroğlunun vəfat xəbərini dərin kədərlə öyrəndik. Mərhuma Allahdan rəhmət, yaxınlarına, sevənlərinə və bütün camiəmizə başsağlığı diləyirik."
Oksana









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək
Dünyanın ən gözəl qadını seçildi