Ürək-damar sistemi xəstəliklərindən necə qorunaq?

Ürək-damar sistemi xəstəliklərindən necə qorunaq?Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yeri tutur. Həkimlərin fikrinə görə, müəyyən sadə qaydalara əməl etməklə bu xəstəlikdən qorunmaq mümkündür. Xalq təbabətində ürəyin fəaliyyətini yaxşılaşdıran, ürəyi möhkəmləndirən, damarları xolesterindən təmizləyən və onların elastikliyini artıran çox təsirli vasitələr var.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu vasitələrdən hər bir insan profilaktik məqsədlərlə istifadə edə bilər.
Nanə - ürək üçün ən faydalı bitkilərdən sayılır. Məhz bu səbəbdən nanə ən populyar ürək dərmanı validolun tərkibinə daxildir. Nanə ürək və beyin damarlarını genişləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir.
2 çay qaşığı xırdalanmış yarpaqlar 1 stəkan qaynar suda dəmlənir və 1 saatdan sonra süzülür. Dəmləmə xırda qurtumlarla gün ərzində içilməlidir.
Balıq məhsulları - balıq məhsulları ürək sağlamlığı cəhətdən çox faydalıdır. Balıq həm yüngül qidadır, həm az kolorilidir, həm də omeqa-yağ turşuları ilə zəngindir ki, bu da damar sistemi üçün faydalıdır. Omeqa-yağ turşuları qanda pis xolesterini azaldır, yaxşı xolesterini artırır. Həftədə 2 dəfə balıq istifadəsi məsləhətdir.
Yağlı çərəzlər - tərkibində yağ olan çərəzlər: qoz, fındıq, badam ürək-damar sisteminə çox faydalıdır. Bu çərəzləri duzsuz yemək məsləhətdir.
Qırmızı tərəvəzlər - ümumiyyətlə, tərəvəzlər xolesterin əleyhinə diyetada, eləcə də ürək sağlamlığı baxımından çox faydalıdır. Sadəcə qırmızı tərəvəzlərdə (qırmızı soğan, qırmızı bibər, qırmızı turp, pomidor və s.) damar sağlamlığı baxımından çox faydalı xüsusi antioksidant maddələr var. Hər gün bir neçə pomidor istifadə etmək tövsiyə olunur.
Şokolad - tərkibində kakaosu 70%-dən artıq olan şokoladlar (məsələn: bitter şokolad) tərkibindəki antioksidantların hesabına ürək üçün çox faydalıdır.
Sitrus meyvələri - bu qrupdan olan meyvələr bildiyimiz kimi vitaminlərlə, xüsusilə C vitamini ilə zəngindir. Bu meyvələrdə damar sağlamlığı cəhətdən tərkibində antioksidant xüsusiyyəti olan betta-karotin maddələri vardır.
Zeytun yağı - doymamış yağ turşuları ilə zəngindir, xolesterinsizdir. Bu yağın ürək sağlamlığı məqsədilə, həmçinin şəkərli diabetdə istifadəsi faydalı hesab olunur.
Paxlalı tərəvəzlər - lobya, paxla, mərci, noxud və s. kimi qrupdan olan bitkilər zülallarla və vitaminlərlə zəngindir. Ürək xəstəlikləri üçün olduqca faydalıdır.
Çaytikanı - ateroskleroz və trombların əmələ gəlməsinin, onların inkişafının qarşısını alır. Sakitləşdiricidir. 1 xörək qaşığı çaytikanı meyvəsinə 1 xörək qaşığı qaynar su əlavə edib dəmləyin.
Limon - ürək ağrısını kəsir, həzmə kömək edir, iştahı açır. Ağız boşluğunda qurumanı aradan qaldırır, qan təzyiqini aşağı alır. Mədədə əmələ gələn şiddətli ağrıları azaldır, öd kisəsinin iltihabının, ürəkbulanmanın və qusmanın qarşısını alır, qan dövranını tənzimləyir. Boğaz ağrısı və onun iltihabının, diş ətinin xəstəliyinə, ağız boşluğunda olan səpgilərin müalicəsində yaxşı effekt verir. Ağızdan gələn pis qoxunu aradan qaldırır, başağrısı, ürəkdöyünməsini tənzimləyir.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1198   Tarix: 23 yanvar 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

toy makiyaji sekilleri kosmetika mehsullari kosmetik vasiteler alin yazisi xanim qafarova dirnaqlar ucun maska bürclər gündəlik düzgün qidalanma kosmetika novruz bayramı mekteb novruz hakistasi kəlamlar vetene aid atalar sozu