Ürək-damar xəstəlikləri riskini azaldan 10 qida

Ürək-damar xəstəlikləri riskini azaldan 10 qidaÜrək-damar xəstəlikləri ölüm hallarının sayına görə ilk sıralarda yer alır. Buna görə tamamilə sağlam və gənc olsanız belə, bunun qarşısını almağa çalışmalısınız. Mütəmadi olaraq həkim müayinəsindən keçməklə yanaşı, pəhrizinizə diqqət yetirməlisiniz.
Milli.Az axşam.az-a istinadən qan damarlarını gücləndirən, təmizləyən, ürək üçün faydalı olan 10 qidanı təqdim edir.
Avokado
Avokado xolesterol səviyyəni normada saxlayaraq ürək çatışmazlığı riskini azaldır. Bundan əlavə, bu meyvənin tərkibində çoxlu kalium var. Bu da damarların kalsifikasiyası və ürək-damar sisteminin digər xəstəliklərinin qarşısını alır.
Yağlı balıq
Bütün yağlar ürək üçün zərərli deyil. İki növ yağ turşusu var: doymuş (pis) və doymamış (yaxşı). Birincisi, ürək üçün ciddi təhlükə yaradır, çünki onların tərkibində aşağı sıxlıqlı lipoproteinlər ("xolesterol") var ki, damarlarda toplanaraq qan axınına mane olur. Doymamış yağlar isə bədən üçün vacibdir. Yağlı balıq bütün lazımi yağ turşularını, zülalları və qan damarlarını təmizləyən, divarlarını gücləndirən və ürək problemləri riskini əhəmiyyətli dərəcədə azaldan bir çox faydalı mikroelementləri ehtiva edir.
Qoz-fındıq
Bu çərəzlər faydalı yağ turşuları, bitki zülalları, E vitamini və maqneziumla zəngindir. Bu da damarlarda xolesterinin yığılmasının qarşısını alır.
Zeytun yağı
Zeytun yağı doymamış yağlar sırasında yer alsa da, sağlamlıq üçün ən vacib komponentləri özündə ehtiva edir. Tərkibindəki mono doymamış olein turşusu ürəyi qoruyur, onu xəstəliklərdən qoruyur, insult riskini əhəmiyyətli dərəcədə azaldır.
Kofein
Kofein qan damarlarının divarlarını zədələnmədən və çirklənmədən qoruyur, həmçinin aterosklerozun inkişafının və damarların tıxanmasının qarşısını alır. Qəhvə həvəskarı deyilsinizsə, yaşıl çaydan da istifadə edə bilərsiniz. Çünki onun tərkibində də kofein var. Lakin kofeindən çox istifadə tövsiyə olunmur, buna görə də gündə iki fincandan çox çay və ya qəhvə içməməlisiniz.
Sarıkök
Bu ədviyyat qan damarlarının divarlarının zədələnmə riskini əhəmiyyətli dərəcədə azaldan güclü antiinflamatuar birləşmələri ilə zəngindir. Antioksidantla zəngin ədviyyat damarlarda yağ lövhələrinin yaranması ehtimalını 25% azaldır.
Nar
Bu meyvə tıxanmış damarları təmizləyir və qan axınını yaxşılaşdırır. Qırmızı meyvələrdə qanda azot oksidinin istehsalını stimullaşdıran sərbəst radikallarla mübarizə aparan yüksək miqdarda antioksidant var.
Sitrus meyvələri
Bu meyvələrin tərkibindəki C vitamini ürək-damar xəstəlikləri riskini azaldır, tərkibindəki flavonoidlər damar divarlarını qorumağa kömək edir. Səhər limon və portağal suyu içmək də sağlamlıq üçün faydalıdır.
Tam taxıl
Tərkibindəki lif qanda xolesterinin səviyyəsini normaya salır, ürəyi müxtəlif xəstəliklərdən qoruyur. Son tədqiqatlar da göstərdi ki, tam taxılla zəngin pəhriz damar divarlarının qalınlaşmasının qarşısını alır. Arteriyalar qanı bütün həyati orqanlara çatdırmaqdan məsuldur. Onların divarlarının qalınlaşması ateroskleroz və ürək-damar xəstəlikləri riskinə, döyüntülərə səbəb olur.
Brokoli
Liflərlə zəngin brokoli, gül kələmi və kələm damarların tıxanmasının qarşısını alır və ürək-damar xəstəlikləri riskini azaldır.
Milli.Az 

Xəbərlər     Baxılıb: 1535   Tarix: 24 iyul 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

toy makiyaji sekilleri kosmetika mehsullari kosmetik vasiteler alin yazisi xanim qafarova dirnaqlar ucun maska bürclər gündəlik düzgün qidalanma kosmetika novruz bayramı mekteb novruz hakistasi kəlamlar vetene aid atalar sozu