Ürək üçün ən sağlam SƏHƏR YEMƏYİ
Səhərlər qidalanmaq üçün düzgün yeməkləri seçmək lazımdır.
Milli.Az lent.az-a istinadən bildirir ki, amerikalı dietoloq Lon Ben-Asher ürək üçün sağlam səhər yeməklərini sadalayıb.
Onun sözlərinə görə, yaxşı səhər yeməyi ürəyi effektiv şəkildə gücləndirir. Mütəxəssis əmindir ki, səhər saatlarında lifli və omeqa-3 olan, həmçinin tərkibində xolesterolu idarə edən maddələr olan qidalardan istifadə etmək məsləhətdir.
Belə ki, dietoloqun fikrincə, ürək üçün ən faydalı səhər yeməyi qızılbalıq və avokado, eləcə də bir dilim tam taxıl çörəyi və ya yunan qatığı, yumurta ağı və ispanaqlı yulaf əzməsidir.
Mütəxəssislərin fikrincə, donuz və kolbasa səhər saatlarında çox duz və doymuş yağ ehtiva etdiyi üçün onlardan uzaq durmaq lazımdır.
Milli.Az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin